خبرگزاری شبستان

یکشنبه ۷ آذر ۱۴۰۰

الأحد ٢٣ ربيع الثاني ١٤٤٣

Sunday, November 28, 2021

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Monday, January 15, 2018 Xəbər kodu : 32228

Təqva Həzrəti Mehdi (ə.f)-in yolunu gözləyənlərin başlıca səciyyəsidir
Şəbistan Xəbər Agentliyi: Hər tərəfdən din və İmam Zaman (ə)-ın düşmənləri dini təlimlər və məhdəviyyət mövzusunda olan inanclara hücumlar edir, iradlar tutullar. Onlar istəyirlər ki, məhdəviyyət və zühur ilə baglı olan təlimləri təhrif edib, istədikləri kimi təfsir etsinlər.

 

 

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, höccətül - islam vəl - müslimin Mədəni İranın Gilan əyalətində əxlaq mövzusnda təşkil edilən silsiləvi toplantıda təqva və pərhizkarlıgı müntəzirlərin, yəni Həzrəti Mehdi (ə)-ın yolunu gözləyənlərin bir sıra xüsusiyyətləri ən başlıca xüsusiyyətləri saydı: Dövrümüz oldugca çətin bir zamanə və ağır ruzigardır. Hər tərəfdən din və İmam Zaman (ə)-ın düşmənləri dini təlimlər və məhdəviyyət mövzusunda olan inanclara hücumlar edir, iradlar tutullar. Onlar istəyirlər ki, məhdəviyyət və zühur ilə baglı olan təlimləri təhrif edib, istədikləri kimi təfsir etsinlər.

 

 

Buna görə də bu sahədə çalışmaq həm ağılın hökmü, həm də şəriət baxımından zəruri bir məsələdir. Biz öz vəzifələrimizi müəyyən etməli, Allahın və onun yer üzündəki numayəndəsinin razılıgını cəlb etmək üçün dinimizin təbliginə başlamalıyıq.

 

 

Həzrəti Mehdi (ə)-ın müntəzirlərinin, yəni onun yolunu gözləyənlərin bir sıra xüsusiyyətləri vardır. Biz, Həzrəti Mehdi (ə)-ın zühurunun intizarını çəkənlər və bu məsələdə iddiaçı olanlar birinci növbədə özümüzü mənən saflaşdırmalı, ruhən təmizləməliyik. Biz özünütərbiyyə ilə məşgul olmalıyıq. Haçan öz əməlimizi özümüz qəbul etsək, bilin ki sözümüzün də başqalarında təsiri olacaqdır. Hədəfimizi düzəltməli, ixlasla çalışmalı, yalnız və yalnız Allahın razılıgını ələ gətirmək üçün yaşamalıyıq. Bu yolda bizə kömək edəcək və əsl Həzrəti Mehdi (ə)-ın intizarını çəkənlərinin xüsusiyyətini bizə bəxş edəcəcək ən önəmli əməl ilahi təqva və Allahdan qorxmaqdır.

 

http://shabestan.ir/detail/News/682251

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده