خبرگزاری شبستان

دوشنبه ۴ تیر ۱۳۹۷

الاثنين ١٢ شوّال ١٤٣٩

Monday, June 25, 2018

Servis xəbərlərinin titri

Azərbaycanda “İran mədəniyyət həftəsi” keçiriləcək

Şəbistan Xəbər Agentliyi: İran İslam Respublikasının Azərbaycan Respublikasında mədəniyyət həftəsi İranın islami mədəniyyət və irşad naziri və ölkəmizin bir qrup incəsənət xadiminin iştirakı və müxtəlif mədəni proqramların icra edilməsi ilə Bakıda və Gəncədə başlanacaq.

Servis Əsas səhifə Zaman :   Sunday, January 14, 2018 Xəbər kodu : 32216
Ayətullah Hüseyn Nuri Həmədani:
Qadınların cəmiyyətin hidayətində təsirli rolu vardır
Şəbistan Xəbər Agentliyi: Ayətullah Hüseyn Nuri Həmədani Təlim və elm yolunda təsirə malik olmaq istəyən şəxs əvvəl vaxtında namaz qılıb, gecə namazını tərk etməməlidir. Gecə namazı insanın elm öyrənməsində ona yardımçıdır.

 

 

Qadınlar cəmiyyətin düzgün yola istiqamətlənməsində təsirə malikdirlər

 

 

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, Ayətullah Hüseyn Nuri Həmədani bu gün mədəniyyət sahəsində çalışan qadın fəallar ilə görüşüb. Görüşdəalim deyib: Dini elmləri öyrənmək istəyənlər və bu sahədə addım atanların ayagları altına mələklər qanad sərərlər. Siz belə bir gələcəyə nail ola bilmisiniz. Həm xalqın hidayəti, həm də düşmənlə müharibədə ön cəbhədəsiniz.

 

 

Siz az elmə qənaət etməməlisiniz, biliklərinizi artırmalısınız. İradə və tam ciddiyyət ilə İslam dininin çırağı olmalısınız. Çünki dünya islam elmlərinə ehtiyaclıdır. Bu yolda addım atan hər kəs böyük bir iş görmüşdür.

 

 

Sizin işiniz xalqı hidayət edib yol göstərməkdir. Bu işi nə qədər məharət və dəqiqliklə yerinə yetirsəniz. Allahın yanında bir o qədər də böyük məqama sahib olacaqsınız. Bu böyük nailiyyətdir, böyük ugurdur ki, insan xalqın hidayəti yolunda addım atsın. Buna görədə Quran, Nəhcül - Bəlagə, Səhifeyi - Səccadiyəni mənimsəyib xalqa aşlayın.

 

 

Mədəniyyət sahəsində çalışdıgımıza görə birinci özünüzü tərbiyə edin, sonra cəmiyyətin tərbiyəsinə qalxın. Çünki siz qadınların əlindən böyük işlər gəlir. Təlim və elm yolunda təsirə malik olmaq istəyən  şəxs əvvəl vaxtında namaz qılıb, gecə namazını tərk etməməlidir. Gecə namazı insanın elm öyrənməsində ona yardımçıdır.

 

 

Siz – mədəniyyət sahəsində çalışan qadınlar böyük təsir qoyma qabiliyyətinə maliksiniz, gərək zamanı və dünyanı tanıyasınız. İnqilabımız dini inqilabdır. Xalqı düzgün istiqamətləndirməklə onu yaşadın.

 

 

http://shabestan.ir/detail/News/682092

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده