خبرگزاری شبستان

دوشنبه ۴ تیر ۱۳۹۷

الاثنين ١٢ شوّال ١٤٣٩

Monday, June 25, 2018

Servis xəbərlərinin titri

Azərbaycanda “İran mədəniyyət həftəsi” keçiriləcək

Şəbistan Xəbər Agentliyi: İran İslam Respublikasının Azərbaycan Respublikasında mədəniyyət həftəsi İranın islami mədəniyyət və irşad naziri və ölkəmizin bir qrup incəsənət xadiminin iştirakı və müxtəlif mədəni proqramların icra edilməsi ilə Bakıda və Gəncədə başlanacaq.

Servis Əsas səhifə Zaman :   Sunday, January 14, 2018 Xəbər kodu : 32215

Zəkat az təblig edilir
Şəbistan Xəbər Agentliyi: Çox təəssüflər olsun ki, islam oldugu kimi təblig edilmir. Bəzən, əslən islamda yer almayan məsələlər təblig edilir. Əks tərəfdə islamın önəm verdiyi hökmlər isə əsla təblig edilmir ya az təblig edilir.

 

Şəbistan Xəbər Agentliyi xəbər verir ki,  Ali Rəhbərin Kerman əyaləti üzrə nümayəndəsi və bu şəhərin imam cüməsi  höccətül - islam vəl - müslimin Hüseyn Əlidad Süleymani bu gün əyalət ruhaniləri və zəkat yıgımı üzrə məsul şəxslərin toplantısında Qurani - Kərimin görüşündə zəkat mövzusuna toxundu və bildirdi ki, Quranda harada n namazdan söhbət gedirsə, onun dalıyca zəkat məsələsidə ortaya qoyulur.

 

 

“Zəkat Quranın baxışında iki istiqamətdə önəm kəsb edir:

 

1 - Başqa vacib əməllər kimi bir vacib əməldir.

2 - Zəkat fərdin cəmiyyətin başqa üzvləri ilə əlaqəsidir.

 

 

Bu iki faktora görə zəkatın işləməsinə xüsusi əhəmiyyət verməliyik. Çünki insanlar zəkata az əhəmiyyət verillər. Bu məsələni camaata başa salmalıyıq”.

 

 

Zəkat haqqında xalqa az məlumat verildiyindən gileylənən ruhani dedi ki, bu işdə mətbuat və mediya orqanlarının da təqsiri az deyildir.

 

 

“Çox təəssüflər olsun ki, islam oldugu kimi təblig edilmir. Bəzən, əslən islamda yer almayan məsələlər təblig edilir. Əks tərəfdə islamın önəm verdiyi hökmlər isə əsla təblig edilmir ya az təblig edilir. Buna görə də inqilabdan dörd on illik keçməyinə baxmayaraq İslam dini bəzi sahələrdə hələ də tənhadır.

 

 

İslamın strategiyası bundan ibarətdir ki, dünyada yoxsulluq və fəqirlik qalmasın. Buna görə də islam yoxsullugun kökün kəsir. Bunun üçün ortaya qoydugu tədbirlərdən biri zəkatdır. İslam insanların nisbi rifahına çalışır. Məhz bu üzdən zəkat kimi bəzi əməlləri vacib edərək öz proqramına nail olmaga çalışır”.

 

http://shabestan.ir/detail/News/681993

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده