خبرگزاری شبستان

دوشنبه ۲۶ آذر ۱۳۹۷

الاثنين ٩ ربيع الثاني ١٤٤٠

Monday, December 17, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Saturday, January 13, 2018 Xəbər kodu : 32212

Qızlar və oğlanlar 3 il bir-birindən ayrı təhsil aldılar
Psixoloqlara bəllidir ki, şagirdlər arasında digər cinsin nümayəndələri olduqda, istənilən oğlan və ya qızın, hətta istəmədən belə, fikri dərsdən yayınacaq. Nəticədə isə diqqətin konsentrasiyası aşağı düşür.

Artıq uşaq bağçasında oğlanlar və qızlar fərqli o yunlara maraq göstərir, fərqli düşünürlər. Rusiyanın Sverdlovsk vilayətinin 34 saylı məktəbində müəllimlər qeyri-adi eksperiment keçiriblər: 2014-cü ildən qızlar və oğlanlar bir-birindən ayrı təhsil alırlar.

Qızlar və oğlanların fikri yayınır

Psixoloqlara bəllidir ki, şagirdlər arasında digər cinsin nümayəndələri olduqda, istənilən oğlan və ya qızın, hətta istəmədən belə, fikri dərsdən yayınacaq. Nəticədə isə diqqətin konsentrasiyası aşağı düşür.

Qarışıq siniflərdə oğlanların kişilik hissləri zərbə alır

Uşaqlıqda oğlanlar həm fiziki, həm də əqli cəhətdən qız həmyaşıdlarından 2-3 il geri qalırlar: onların beyinlərinin sol yarımkürəsi daha gec inkişaf edir. Buna görə də adi məktəblərdə təhsil sistemi qızlara hesablanıb. Nəticədə dərslərdə uğursuzluqla üzləşən oğlanlarda həmyaşıdlarına və böyüklərəqarşı aqressiya müşahidə edilir.

Qızlar konkretliyi sevirlər

Gender siniflərində müəllimə cinslərin psixologiyasını nəzərə almaq daha asandır. Qızlar təhsildə daha diqqətli olurlar, daha çox tapşırığın öhdəsindən gəlməyi bacarırlar. Oğlanlar olmadıqda qızlar özlərini daha sərbəst hiss edirlər, cavab verməkdən və səhv etməkdən çəkinmirlər, bir birinə yardım edirlər.

Oğlanlara qaydalardan və hazır cavablardan daha çox məna maraqlıdır

Oğlanlar özləri bilik əldə etməlidirlər. Onlar müəllimin dediklərindən özləri nəticə çıxarmağa çalışırlar. Buna görə də hər tapşırıq bir sərgüzəştdir. Onların qavraması daha həcmli və emosionaldır. Oğlanlar problem xarakterli tapşırıqları daha çox sevirlər.

Qızlar “kollektiv” məsələlərə üstünlük verirlər

Eksperiment zamanı bəlli oldu ki, qızlar kollektiv məsələlərdədaha ciddi uğur qazanırlar. Onlar bir biri ilə məsləhətləşir və cavabı da birgə tapırlar. Fərdi tapşırıqlar zamanı isə hətta düzgün cavabı bildikdə özlərini inamsız aparırlar.

Həmçinin qızları hamişə tərifləmək lazımdır, hətta səhvə yol verdikdə. Əks halda onlar növbəti dəfə cavab vermək fikrindən vaz keçəcəklər. Oğlanlar isə bu yanaşmanı anlamaz.

Ancaq oğlanlar olan siniflərdə uşaqlar öz liderlik xüsusiyyətlərini reallaşdırır

Qızlar olmayanda oğlanlar fikirlərini aşkar bildirməkdən çəkinmirlər, hətta bu fikirlər ümumi qəbul edilmiş fikirlərə zidd olsa belə. Çox səs-küy olmasına baxmayaraq, belə siniflərdəaqressiya daha az olur.

Gender siniflərdə müəllimə daha çox hörmət edilir

Gender siniflərdə qızlar daha asan rabitə yaradırlar. Oğlanlar isə müəllimlə mübahisə etmirlər. Onlarla ünsiyyət qurmaq bir qədər çətindir. Amma əvəzində daha sonar onlar müəllimlə səmimi olurlar.

Ayrı siniflərdə uşaqlar daha sağlam olur

Peşəkar pediatorun rəyinə əsasən, belə siniflərdə uşaqların psixikası ilə yanaşı sağlamlığı da yaxşılaşıb. Oğlanlar bellərini az bükürlər,ümumiyyətlə uşaqlar az xəstələnir. Həmçinin qarışıq siniflərdə təhsilin ilk 6 ayında uşaqların çəkisi azalır. Bu da stress və uyğunlaşmanın nəticəsidir. Ayrı siniflərdə isə belə hal müşahidə olunmur.

Eksperiment uğurlu alındı, amma əleyhidarları da var

Gender təhsilin əleyhinə çıxanlar da var. Bəzilərinin fikrincə, bu, uşaqların cinsi tərbiyəsi baxımından geriyə atılan addımdır. Lakin məktəbin direktoru elə düşünmür. Onun fikrincə, əksinə, birgə təhsil zamanı uşaqlar gender özəlliyini itirir. Ümumilikdə isə, gender təhsilinə yönələn heç bir tənqidi rəyin əsaslandırılması ortaya qoyulmayıb.

Mənbə: adme.ru

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده