خبرگزاری شبستان

سه شنبه ۴ اردیبهشت ۱۳۹۷

الثلاثاء ٩ شعبان ١٤٣٩

Tuesday, April 24, 2018

Servis xəbərlərinin titri

İmam Mehdinin (ə) zühuru bəşərin arasında mənəviyyat, rasionallığı və məhəbbəti yayır

Şəbistan xəbər agentliyi: “Eşq və məhəbbət Əhli-beytin (ə) baxımından” milli konfransının katibi dedi: İmam Mehdinin (ə) zühuru bəşərin arasında mənəviyyat, rasionallığı və məhəbbəti yayır.

Servis Əsas səhifə Zaman :   Saturday, January 13, 2018 Xəbər kodu : 32209
Höccətül-islam vəl-müslimin Mandiqari
Şəhidlər ilahi övliyaların həqiqi tabeçiləridirlər
Şəbistan xəbər agentliyi: Elmi hövzənin ustadı şəhidlərin ilahi övliyaların həqiqi tabeçiləri olduğuna işarə edərək dedi: Şəhidlərin xatirəsini əziz tutma mərasaimi ağlamaq yeri deyil, həqiqətdə düşünmək üçün bir fürsətdir.

Şəbistan xəbər agentliyinin jurnalistinin verdiyi xəbərə əsasən, Xantumar məntəqəsində şəhadətə çatmış şəhid Səid Ənsarinin ikinci ildönümü ilə bağlı mərasim Cümə günü axşam Həzrət Əliəkbər hüseyniyyəsində keçirildi.

Bu mərasimdə elmi hövzənin ustadı Höccətül-islam vəl-müslimin Məhəmməd Mehdi Mandiqari çıxış edərək dedi: Şəhidlərin anım mərasiminin üç xüsusiyyəti var.

O, əlavə etdi ki, o xüsusiyyətlərdən biri bu məclislərin insana həsrət gətirməsidir. Şəhidlik məqamının həqiqətini bilən bir şəxs şəhidin sahib olduğu məqama həsrət çəkər. Bu cəhətdən də şəhidlərin anım mərasimi insana həsrət gətirir.

O, bəzi insanların şiddətli şəkildə şöhrət və sərvət həsrətində olduqlarına işarə edərək dedi: Dünyəvi işlər üçün həsrət çəkməyə dəyməz. Sərvət və vəzifə əldə etmək üçün həsrət çəkənlər qiyamət günü peşman olacaq və şəhidin axirətdəki məqamına həsrət çəkəcəklər.

O, ilahi ayələrə istinad edərək şəhidlərin qiyamətdə peyğəmbərlər və ilahi övliyalarla həmnişin olacaqlarına işarə edərək dedi: Şəhidlər heç vaxt ölmürlər və ilahi ayələrə əsasən diridirlər.

O, qeyd etdi ki, insan tamam varlığı ilə şəhadət arzusunda olmalıdır. Habelə ən üstün ölüm şəhadətdir. Şəhidlər Allahın höccətidirlər ki, insanlar onlardan örnək alaraq ilahi təklifləri yerinə gətirməkdə səhlənkarlıq etməməlidirlər. Bu cəhətdən Allah şəhid vasitəsi ilə insana höccətini tamamlayır.

Elmi hövzənin ustadı şəhidlərin ilahi övliyaların həqiqi tabeçiləri olduğuna işarə edərək dedi: Şəhidlərin xatirəsini əziz tutma mərasaimi ağlamaq yeri deyil, həqiqətdə düşünmək üçün bir fürsətdir.http://www.shabestan.ir/detail/News/681931

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده