خبرگزاری شبستان

دوشنبه ۲۵ تیر ۱۳۹۷

الاثنين ٤ ذو القعدة ١٤٣٩

Monday, July 16, 2018

Servis xəbərlərinin titri

Televiziyanın birinci kanalında Kəramət on günlüyündə “Səkkizinci gülüstan”

Şəbistan xəbər agentliyi: Kəramət on günlüyündə milli tetelviziyanın birinci kanalında Kəramət on günlüyü haqda xüsusi verliş yayınlanacaq.

Servis Əsas səhifə Zaman :   Saturday, January 13, 2018 Xəbər kodu : 32208
Höccətül-islam vəl-müslimin Pənahiyan
Paxıllıq siyasi şərait yarandığı zaman özünü göstərir
Şəbistan xəbər agentliyi: Elmi hövzənin ustadı Həzrət Əlinin (ə) sakit qalıb xanənişin olması Peyğəmbərin (s) ehtiramını və İslam cəmiyyətinin sabitliyini qorumaq üçün olduğuna işarə edərək dedi: Həsadət siyasi şərait yaranmadığı zaman görsənmir.

Şəbistan xəbər agentliyinin jurnalistinin verdiyi xəbərə əsasən, hövzə və universitet ustadı Höccətül-islam vəl-müslimin Əlirza Pənahiyan keçən gecə Fatimətüz-Zəhra hüseyniyyəsindəki mərasimdə çıxış edərək dedi: Peyğəmbər (s) öz həyatı zamanında bir möhkəm siyasi bazaya sahib deyildi. Çünki Qədir-xumda öz canişinini tanıtdırmaq o Həzrət üçün çox çətin idi.

O, əlavə etdi ki, İslam cəmiyyəti o dövrdə Həzrət Əlini (ə) canişin kimi qəbul etmək çıxarına sahib deyildi. Buna görə də Peyğəmbər (s) bu ilahi əmri deməkdə şübhə edirdi. Bu cəhətdən Allah Peyğəmbərə (s) buyurdu: Ey Mənim məhbubum! Əgər bu əmri çatdırmasan peyğəmbərliyin kamil olmayacaq. Peyğəmbər (s) Qədir-xumda bu ilahi əmri çatdırdığı zaman ordakı qabaqda oturmuş səhabələrdən bir dəstəsi ayaqa qalxıb arxada dayanmış cəmiyyətin yanına getdilər . Bu pis hərəkət səbəb oldu ki, Peyğəmbər (s) sözlərini kəssin.

O, Həzrət Əlinin (ə) "Qüreyş Peyğəmbərə (s) bəslədiyi hər kini mənim barəmdə icra etdi" kəlamına istinad edərək dedi: Bu problem göstərir ki, əsas kinlər Peyğəmbərə (s) idi. Qüreyşin dini baxımdan Peyğəmbərlə (s) problemləri yox idi. Onların Peyğəmbərlə (s) siyasi problemi var idi.

O, Qüreyşin öz kinini Peyğəmbərə (s) deyil Əliyə (ə) göstərmələrinin səbəbi kimi bunu qeyd etdi ki, Peyğəmbərin (s) zamanında şərait o Həzrətin əlində idi. 

O, siyasi şərait yaranmadığı zaman həsadətin görsənmədiyinə işarə edərək dedi: Təlhə və Zübeyrin Həzrət Əliyə (ə) qarşı paxıllıqları var idi Amma onu büruzə vermək üçün şəraitləri yox idi.

Elmi hövzənin ustadı dedi: Həzrət Əlinin (ə) sakit qalıb xanənişin olması Peyğəmbərin (s) ehtiramını və İslam cəmiyyətinin sabitliyini qorumaq üçün idi.http://www.shabestan.ir/detail/News/681932

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده