خبرگزاری شبستان

چهارشنبه ۲۸ شهریور ۱۳۹۷

الأربعاء ٩ المحرّم ١٤٤٠

Wednesday, September 19, 2018

Servis xəbərlərinin titri

Livanın Hizbullah hərəkatının baş katibi Seyid Həsən Nəsrullah:

Trampın müharibə, xarabalıq və kütləvi qırğınla heç bir problemi yoxdur

Şəbistan Xəbər Agentliyi: Trampı müharibə və soyqırımla bağlı heç bir problemi olmayan dünyaya vurğun birisi kimi səciyyələndirən Seyid Həsən Nəsrullah, mərasimdə iştirak edən veteranlar və yaralılara belə müraciət edib: “Sizlər bu istiqamətdə (zülmlə mübarizədə) baş verənlərin canlı şahidisiniz”.

Servis Əsas səhifə Zaman :   Saturday, January 13, 2018 Xəbər kodu : 32204

İş və dua arasındakı tərs mütənasiblik
Şəbistan Xəbər Agentliyi: Bəzi hədislərdə isə bu iş cihaddan da üstün qiymətləndirlir, çünki iş, zəhmət və əmək həyatın sərmayəsi, insan səadətinin təminatçısıdır.

 

Şəbistan Xəbər Agentliyi: Həzrət Rəsulullahdan (s) bizə qəlib çatan hədislərdə iş və əmək fəaliyyətlərinə tövsiyə edilir, tənbəllikdən uzaqlaşmaq buyurulur. Əhli - beyt (ə) məktəbində işsizliyə yer yoxdur, sağlam bədən, fiziki güc ola - ola işsiz qalmaq heç bir cəhətdən qəbul edilmir.

 

 

Bu gün bəzi müsəlman ölkələrində işsizlik tüğyan edir. Başqa tərəfdən isə insanlar iş yerləri açmaq, zəhmət çəkib qazanc əldə etmək üçün kiçik bir hərəkət də olsa belə özlərindən nümayiş etdirmirlər. Hətta əhalinin nisbətən cavan təbəqələri arasında dilənçilərin sayının çoxaldığını da görürük; fiziki cəhətdən sağlam olan, cüssəli cavanların dilənməsinə rast gələndə artıq təəccüblənmirik. Onlar gədalıq və dilənçiliklə zəhmətsiz gəlir, əməksiz qazanc yolu seçmişlər, lakin dini dəyərlərini, əxlaqi normaları və insani duyğuları sual qarçısında qoymaqla...

 

 

Şəbistan Xəbər Agentliyini olaraq cəmiyyətdə yaranan dilənçilik sindromu ilə bağlı höccətül - islam vəl - müslimin

Əmir Əli Həsənlidən öz fikirini bildirməsini istədik.

 

 

Ruhani məişət qayğilarının və ailənin ehtiyaclarını ödəmək üçün çəkilən zəhmətin cihada bərabər olduğunu söylədi: Bəzi hədislərdə isə bu iş cihaddan da üstün qiymətləndirlir, çünki iş, zəhmət və əmək həyatın sərmayəsi, insan səadətinin təminatçısıdır.

 

 

Çox maraqlıdır ki, bəzi hədislərdə dua ilə işsizlikin tərs mütənasib oluduğu bildirilir, belə ki, İmam Sadiq (ə) buruyur: “Allah işsiz və tənbəl insanı sevməz və tənbəl adamın duasın qəbul olunmaz”.

 

 

Deməli, iş və zəhmət, ailə və məişət qayğılarını, ictimai probləri həll etmək üçün alın təri tökmək də duanın qəbul olunmasına səbəb olan amillər sırasındadır.

 

 

http://shabestan.ir/detail/News/681933

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده