خبرگزاری شبستان

چهارشنبه ۲۸ شهریور ۱۳۹۷

الأربعاء ٩ المحرّم ١٤٤٠

Wednesday, September 19, 2018

Servis xəbərlərinin titri

Livanın Hizbullah hərəkatının baş katibi Seyid Həsən Nəsrullah:

Trampın müharibə, xarabalıq və kütləvi qırğınla heç bir problemi yoxdur

Şəbistan Xəbər Agentliyi: Trampı müharibə və soyqırımla bağlı heç bir problemi olmayan dünyaya vurğun birisi kimi səciyyələndirən Seyid Həsən Nəsrullah, mərasimdə iştirak edən veteranlar və yaralılara belə müraciət edib: “Sizlər bu istiqamətdə (zülmlə mübarizədə) baş verənlərin canlı şahidisiniz”.

Servis Əsas səhifə Zaman :   Saturday, January 13, 2018 Xəbər kodu : 32203

Əgər Amerika razılaşmadan çıxsa, siyasi rüsvayçılığa uğrayacaqdır
Şəbistan Xəbər Agentliyi: İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komisiyasının üzvü: Birgə Əhatəli Fəaliyyət Planı (BƏFP) beynəlxalq hüquqi aktdır, yanlız İran və Amerika arasında imzalanmamışdır, BMT - nın Təhlükəsizlik Şurası da bu aktda iştirak etmişdir.

 

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komisiyasının üzvü Məhəmməd Cəmali Nobəndəqani Şəbistan Xəbər Agentliyinin müxbiri ilə söhbətində

Trampın ötən gecə İrana qarşı tədbiq edilən nüvə sanksiyalarının müddətinin uzanması barəsində verdiyi qərar və imzadan danışdı.

 

 

Müsahibimiz dedi: Birgə Əhatəli Fəaliyyət Planı (BƏFP) beynəlxalq hüquqi aktdır, yanlız İran və Amerika arasında imzalanmamışdır, BMT - nın Təhlükəsizlik Şurası da bu aktda iştirak etmişdir.

 

 

O, İran İslam Respublikasının bütün hüquqi sənədlər və benəlxalq aktlara riəyət etdiyini vurğulayaraq dedi: BƏFP – nında, necə deyərlər “top Amerikanın qapısı ağzındadır”, əgər razılaşmadan çıxmaq istəsə, öz ölkəsi üçün siyasi rüsvayçılıq və gülünc vəziyyət əmələ gətirəcəkdir.

 

 

Deputat Amerikanın 14 iranlı fiziki şəxs və təşkilatlarının sanksiyalar siyahisinə salınmasına da münasibət bildirdi və dedi ki, Amerika indiyə kimi BƏFP - ə əməl etməyib və elə bir atmosfer yaradıb ki, o atmosferin içində İran siyasi və iqtisadi cəhətdən inşaf edib, ona görə də indi də müxtəlif sanksiyalarla İranı təyziqlər altında qoymaq istəyir.

 

 

Məhəmməd Cəmali Amerikanın radikal addımları qarşısında avropalar tərəfindən İranda lazimi kapital yatırımın hələ də kifayət qədər baş vermədiyini bildirərək İran İslam Respublikası rəsmilərini Trampın qarşıdaki addımlarına hazır olmağa çağırdı.

 

http://shabestan.ir/detail/News/681977

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده