خبرگزاری شبستان

شنبه ۲۴ آذر ۱۳۹۷

السبت ٧ ربيع الثاني ١٤٤٠

Saturday, December 15, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Saturday, January 13, 2018 Xəbər kodu : 32202

İran XİN rəhbəri: BƏFP yenidən müzakirə edilə bilməz
Şəbistan Xəbər Agentliyi: İran XİN rəhbəri: “ABŞ nüvə razılaşmasını pozmağa çalışır”

 

ABŞ-ın hərəkətləri İranın nüvə proqramı ilə bağlı razılaşmanın pozulmasına yönəlib.

 

Şəbistan Xəbər Agentliyinin məlumatına görə, bu barədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif “Twitter”də yazıb.

 

 

 

“Trampın yeritdiyi siyasət və səsləndirilən son bəyanatlar çoxtərəfli razılaşmanı pozmaq cəhdləridir. Xüsusilə, sazişin 26,28 və 29-cu bəndlərini. Birgə Əhatəli Fəaliyyət Planına yenidən baxıla bilməz. Eyni ifadələri təkrarlamaq əvəzinə ABŞ sazişə riayət etmə yolunu tutmalıdır", nazir yazıb.

 

 

İİR XİN dünən bir rəsmi bəyanatda bildirib: Birgə Əhatəli Fəaliyyət Planınnın öz içindən möhkəm olması və bu razılaşmanın beynəlxalq dəstəyə malik olması, ABŞ prezidenti, sionist rejim və militarist ifratçıların nəhs ittifaqının bu razılaşmanı ləğv etmək yaxud onda dəyişikliklər aparmaq üzrə cəhdlərini imkansız etmişdir. Bəyanatda deyilir: ABŞ prezidenti özünün son bir ildəki rəftarı əsasında İran xalqına qarşı düşmən hərəkətləri və hədə-qorxularını elə bir şəraitdə təkrarladı ki, dəfələrlə bu hərəkətlərin icrasında aciz qalmışdır.

 

 

 

İranın nüvə proqramı üzrə Birgə Əhatəli Fəaliyyət Planı 2015-ci ilin iyul ayında İran və "altılıq ölkələri" - Almaniya, Böyük Britaniya, Fransa, Çin, Rusiya və ABŞ arasında qəbul edilib. İyulun 20-də plan BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilib. Razılaşmaya əsasən, İran nüvə silahının əldə edilməsindən imtina edir, qarşılığında isə sanksiyalar tədricən ləğv edilir.

 

http://shabestan.ir/detail/News/681937

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده