خبرگزاری شبستان

چهارشنبه ۲۵ مهر ۱۳۹۷

الأربعاء ٧ صفر ١٤٤٠

Wednesday, October 17, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Saturday, January 13, 2018 Xəbər kodu : 32201

İranın yanan neft tankerində xilasetmə əməliyyatı davam edir; iki cəsəd aşkarlanıb
Şəbistan Xəbər Agentliyi: Çinin xilasetmə qrupu itkin düşmüş iranlı dənizçiləri axtararaq Sançi tankerinə daxil olub və iki cənazə aşkar edib.

 

 

Şəbistan Xəbər Agentliyinin məlumatına görə, Çinin xilasetmə qrupu itkin düşmüş iranlı dənizçiləri axtararaq Sançi tankerinə daxil olub və iki cənazə aşkar edib.

 

Çinli xilasetmə qrupu həmçinin gəminin qara qutusunu da aşkar ediblər.

 

Güclü küləklər və tankerdəki yanğına görə zəhərli qazlara görə xilasetmə qüvvələrinin gəmidə əməliyyatlarını davam etdirmələri mümkün olmayıb və onlar gəmiyə yenidən giriş əməliyyatını təkrarlayacaqlar.

 

İranın neft daşıyan gəmisinin durumunu araşdıran xüsusi komitənin sədri Şanxay hava limanına çatan kimi vəziyyəti araşdırmaq üçün böhran palatasına gedib.

 

İran İslam Respublikası prezidenti tərəfindən İran gəmisinin durumunu araşdıran komitəyə sədr təyin edilmiş Əli Rəbii lazımı tədbirlərin həyata keçirilməsi və durumun araşdırılmsı üçün böhran palatasına daxil olub.

 

Qeyd edək ki, Çinin şərq sularında yanğına məruz qalmış İranın neft tankerinin söndürülməsi əməliyyatı yenidən bərpa edilib. Çin və Yaponiyanın yanğınsöndürmə gəmiləri hazırda İranın neft tankerinin söndürülməsi əməliyyatında iştirak edirlər. İran İslam Respublikası prezidenti tərəfindən yanğına məruz qalmış neft tankeri ilə əlaqədar məsələləri yaxından izləyən İranın kooperasiya, əmək və ictimai rifah naziri Yaponiyanın “alovyeyən” gəmilərinin İran tankerinin söndürülməsi əməliyyatına cəlb edilməsi və daha 6 ölkənin əməliyyatda iştirak üçün hadisə yerinə daxil olmasından xəbər verib. Əli Rəbiyi Tehranda Çin və Yaponiya səfirləri ilə görüşdə də yanğının söndürülməsi əməliyyatının sürətləndirilməsinə təkid edib.

 

“Sançi” gəmisi güclü küləyin əsməsinə görə, Yaponiyaya doğru hərəkət edib. Bunu nəzərə alaraq, İran prezidenti tərəfindən məsələni yaxından izləyən İranın kooperasiya naziri bu gün Yaponiya səfiri ilə görüşüb.

 

http://shabestan.ir/detail/News/681948

 

Açar sözlər:
|
|
|

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده