خبرگزاری شبستان

دوشنبه ۴ تیر ۱۳۹۷

الاثنين ١٢ شوّال ١٤٣٩

Monday, June 25, 2018

Servis xəbərlərinin titri

Azərbaycanda “İran mədəniyyət həftəsi” keçiriləcək

Şəbistan Xəbər Agentliyi: İran İslam Respublikasının Azərbaycan Respublikasında mədəniyyət həftəsi İranın islami mədəniyyət və irşad naziri və ölkəmizin bir qrup incəsənət xadiminin iştirakı və müxtəlif mədəni proqramların icra edilməsi ilə Bakıda və Gəncədə başlanacaq.

Servis Əsas səhifə Zaman :   Friday, January 12, 2018 Xəbər kodu : 32195

Tehranın cümə namazı xütbələri
Şəbistan Xəbər Agentliyi: Höccətul - islam vəl - muslimin Kazim Siddiqi cümə namazı xütbələrində dedi: İrandakı son iğtişaşların arxasında böyük şeytan olan Amerikanın və sionist rejimin planı və Səudiyyə Ərəbistanının maliyyə köməkləri olubdur.

 

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, Tehranın cümə namazı xətibi höccətul - islam vəl - muslimin Kazim Siddiqi Tehranın buhəftəki cümə namazı xütbələrində bildirib ki, İrandakı son fitnə və iğtişaşlar münafiqlər terrorçu qruplaşmasının və İran xalqının düşmənlərinin əsl simasını göstərdi. O, deyib ki, İran xalqı yaxşı şəkildə öz sırasını iğtişaşçıların və opportunistlərin sırasından ayırdı.

 

 

Bir qrup insan 2017-ci il dekabrın 28-dən etibarən bir neçə gün müddətinədək İranın bir neçə şəhərində aksiyalar keçirib, şüarlar verərək, maliyyə müəssisələrində zərər çəkənlərin vəziyyətlərinin müəyyən edilməməsinə, bəzi əmtəə mallarının baha olmasına, eləcə də dövlətin nəzarət zəifliyinə etiraz etdi ki, bu aksiyaların bəziləri, xarici dəstək ilə opportunistlər və iğtişaşçılar tərəfindən çaxnaşmaya çevrildi.

 

 

Tehranın cümə namazı xətibi İranda iğtişaşları təşkil edən xarici amillərə toxunaraq, əlavə edib: İran xalqı öz istiqlaliyyətini qoruyacağı və dünyanın zalım qüvvələrinin tamahkarlıqları qarşısında dayanacağı zamanadək hücumlara məruz qalacaq.

 

 

Höccətul - islam vəl - muslimin Kazim Siddiqi vurğulayıb: İran xalqı indiyədək düşmənlərin fitnələrini zərərsizləşdirib və müqavimət mehvəri də regionda Amerikanın, sionist rejimin və onların müttəfiqlərinin və dünyadakı bədxahların ağızlarına möhkəm yumruq vurubdur.

 

 

Tehranın müvəqqəti imamcüməsi sonra belə qeyd edib: Amerika İran xalqının qarşısında illüziyalara və məyusluğa düçar olub və əgər bir daha İrana qarşı fitnə həvəsinə düşərsə, İran xalqından möhkəm zərbə alacaqdır.

 

 

http://shabestan.ir/detail/News/681900

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده