خبرگزاری شبستان

شنبه ۲۴ آذر ۱۳۹۷

السبت ٧ ربيع الثاني ١٤٤٠

Saturday, December 15, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Friday, January 12, 2018 Xəbər kodu : 32194

Dini mərasimlər cəmiyyətdə İslamı diri saxlayır
Şəbistan Xəbər Agentliyi: Höccətül - islam vəl - müslimin Nasir Rəfii: İnsanı günahdan saxlayan amil namaz olduğu kimi cəmiyyəti də dini mərasimlər, əlamətlər dini günlər, dini tədbirlər günahdan məsun saxlayır.

 

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, höccətül - islam vəl - müslimin

Nasir Rəfii dünən İranın Qum şəhərində yerləşən Həzrət Məsumə (s) ziyarətgahında günahın acı nəticələri və günahkarın aqibəti mövzusunda çıxış edib.

 

 

Nnatiq çıxışında deyib: Günah ilə bulaşmış həyatın cəhənnəmdən başqa bir aqibəti yoxdur.

 

 

Çoxları cəhənnəmə daxil olur, lakin cəhənnəmdə əbədi qalmaq onların hamısı üçün nəzərdə tutulan əzab deyil, cəhənnəmdə həmişəlik qalan zümrə ayrıdır. Onlar kafirlər, Allaha inanmayanlar, zəlalət və azğınlıq əhlidirlər.

 

 

Allahın bağışlamadıqı yeganə günahın şirk olduğunu bildirən ruhani əlavə etdi: İnsanın mürtəkib olduqu ən böyük günah Allaha şərik qoşmaqdır. Günah və onun təkrarı insanın bütün vücudunun günah və onun təsirləri ilə bulaşmasına səbəb olur. Buna görə də hədislərdə günahdan bilafasilə sonar “istiğfar” edib,  bağışlanmaq dilənilməsi tələb edilir. Peyqəmbərimiz uca məqamına rəğmən, durduğu hər məclisdən sonrə “əstəğfirullah” deyib bağışlanmasını istəyərdi.

 

 

Daha sonar gündə beş dəfə qılınan namazın fəlsəfəsindən danışan alim qeyd etdi: Beş dəfə namaz qılmağın hikməti bundan ibarətdir ki, insan gün ərzində diqqətini Allaha yönəltsin və günaha tərəf gedməsin. Buna görə də deyilir ki, namazın xeyri elə insanın özü üçündür.

 

 

İnsanı günahdan saxlayan amilin namaz olduqunu bildirən ruhani cəmiyyəti də dini mərasimlər, əlamətlər dini günlər, dini tədbirlər ilə günahdan məsun saxlamağın mümkün olduğunu dedı.

 

 

http://shabestan.ir/detail/News/681767

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده