خبرگزاری شبستان

شنبه ۲۴ آذر ۱۳۹۷

السبت ٧ ربيع الثاني ١٤٤٠

Saturday, December 15, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Friday, January 12, 2018 Xəbər kodu : 32193

Ailənin təməlinin möhkəmləndirilməsində namazın təsirli yolu
Şəbistan Xəbər Agentliyi: Bizim dinimizin çöhrə və siması namazdır. Namaz sahəsində çalışan insanlar və təbliğatçıların əməyi olduqca dəyərlidir, yeniyetmələri və cavanları nə qədər müxtəlif yollarla namaza çəkə bilsəniz, bilin ki, əsl qaliblər sizsiniz.

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, İranda fəaliyyət göstərən Məscidlərin Mədəniyyət - İncəsənət Otaqları ilə iş üzrə Dövlət Komitəsinin Qum şəhər yerli şöbəsinin müdüri höccətül - islam vəl - müslimin Səid Ruhani dünən “Namaz və ailə” konfıransında çıxış etdi.

 

 

Ruhani çıxışında dedi: Peyqəmbərimiz (s) buyurur ki, namaz sahəsində fəaliyyət göstərənlər öz işlərinin əhəmiyyətini bilməlidirlər, namaz üçün indiyə kimi çalışdıqlarından daha artıq çalışıb, daha artıq vaxt qoymalıdırlar.

 

 

Namaz sahəsində çalışan şəxslər və ruhanilər bilsinlər ki, onların zəhmətinin bəhrəsi müxtəlif yerlərə, xüsusən zindanlara müraciə etdikdə açıq - aşkar məlum olur; araşdırmalara əsasən cinayət törətmiş məhkumların 70 - 80 % - i namaz qılmayan insanlar olublar

 

 

Namazın dinin sütunu olduqun bildirən natiq gözəl bir təşbih və misaldan istifadə etdi: Əgər bir çadırı nəzərdə alsanız, bu çadırın sütunu olmasa, hər nə qədər ona kəndir bağqlayıb, mıxla möhkəmləndirsənizdə, yenə də möhkəm olmayacaqdır, lakin ortada bir əmud, sütunu olsa, o çadır möhkəm və dayanaqlı olar

 

 

Bizim dinimizin çöhrə və siması namazdır. Namaz sahəsində çalışan insanlar və təbliğatçıların əməyi olduqca dəyərlidir. Yeniyetmələri və cavanları nə qədər müxtəlif yollarla namaza çəkə bilsəniz, bilin ki, əsl qaliblər sizsiniz.

 

http://shabestan.ir/detail/News/681835

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده