خبرگزاری شبستان

شنبه ۳۰ دی ۱۳۹۶

السبت ٤ جمادى الأولى ١٤٣٩

Saturday, January 20, 2018

Servis xəbərlərinin titri

ABŞ-ın Hizbullaha qarşı ittihamları zalımanə və əsassızdır

Şəbistan Xəbər Agentliyi: Livanın Hizbullah Hərəkatının baş katibi Seyid Həsən Nəsrullah paytaxt Beyrutda təşkil olunan Kuneytra şəhidlərinin ildönümü mərasimində etdiyi çıxışında mühüm açıqlamalar verib.

Servis Əsas səhifə Zaman :   Friday, January 12, 2018 Xəbər kodu : 32191

Virtual aləm islah olunmalıdır
Şəbistan Xəbər Agentliyi: İranda baş verən son iğtişaşlara toxunan Ayətullah Məkarim Şirazi qeyd etdi: Fitnənin odu söndürüldi, lakin düşmən öz planlarından əl çəkmir, başqa bir yerdə atəşi odlandırmaq istəyir, diqqətli olmalıyıq!

 

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, Ayətullah Məkarim Şirazi dünən İranın Qum şəhərində yerləşən Əzəm məscidində söylədiyi ali islam hüququ açıq mühazirələrində dedi: Allah insana bir çox sərvətlər və tükənməyən istedadlar vermişdir. Bunlar yüksək nəticələr, yaxşı sonluqla nəticələnən məkan və fəzalarda sərf edilməlidir.

 

 

İnsanın səadəti mal - dövlət toplamasında deyildir. Bəziləri qəsirlər və saraylara malikdirlər, tükənməz kapitalları varidir, sonunda isə görürük ki, bir yerə çata bilirlər.

 

 

İranda baş verən son iğtişaşlara toxunan alim qeyd etdi: Fitnənin odu söndürüldi, lakin düşmən öz planlarından əl çəkmir, başqa bir yerdə atəşi odlandırmaq istəyir, diqqətli olmalıyıq!

 

 

Bu fitnə və iğtişaşlarda yaxalanan şəxslərin dindirilməsi zamanı məlum olur ki, onların böyük əksəriyyəti internet məkanlarından və virtul aləmindən ilham alıblar

 

 

Virtual aləm, internet səhfələri islah olunmayınca problem də həll olunmayacaq. Rəsmilər bu məsələ üzərində düşünməlidirlər. Xəbərlərdə deyilir ki, internet vasitəsi ilə on beş min iş yeri, on beş min insan üçün işlə təmin olunmaq fürsəti əldə edilir. Sual olunur: İxtiyarı, idarəsi başqalarının əlində olan və bizim heç bir ixtiyarımıza tabe olmayan virtual aləm və internetdə işlə təmin olunmaq (təhlükəzislik baxımından) ağıllı bir işdirmi?

 

Biz sağlam virtual aləmin olmasını istəyirik, bu mümükündür.

 

 http://shabestan.ir/detail/News/681562

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده