خبرگزاری شبستان

دوشنبه ۴ تیر ۱۳۹۷

الاثنين ١٢ شوّال ١٤٣٩

Monday, June 25, 2018

Servis xəbərlərinin titri

Azərbaycanda “İran mədəniyyət həftəsi” keçiriləcək

Şəbistan Xəbər Agentliyi: İran İslam Respublikasının Azərbaycan Respublikasında mədəniyyət həftəsi İranın islami mədəniyyət və irşad naziri və ölkəmizin bir qrup incəsənət xadiminin iştirakı və müxtəlif mədəni proqramların icra edilməsi ilə Bakıda və Gəncədə başlanacaq.

Servis Əsas səhifə Zaman :   Thursday, January 11, 2018 Xəbər kodu : 32186
Höccətül-islam vəl-müslimin Ali
Allahın rəhməti varlıq aləminin əsasını təşkil edir
Şəbistan xəbər agentliyi: Elmi hövzənin ustadı Allahın rəhmətinin varlıq aləminin əsasını təşkil etdiyinə işarə edərək dedi: Peyğəmbərin (s) və Əhli-beytin müqəddəs vücudları Allahın bəşəriyyətə rəhmətidir.

Şəbistan xəbər agentliyinin jurnalistinin verdiyi xəbərə əsasən, Elmi hövzənin ustadı və şöhrətli xətib Höccətül-islam vəl-müslimin Ali keçən gecə İmam Həsən Əsgərinin (ə) mübarək təvəllüdü münasibəti ilə Nurur-Rza heyətində keçirilən mərasimdə dedi: Varlıq aləminin başlanğıcı Allahın rəhmət adı ilə olmuşdur.

O, əlavə etdi ki, bütün məxluqlar bu aləmdə kamal sahibidirlər ki, onları ilahi rəhmət vasitəsi ilə əldə ediblər. Buna görə də ananın övladına bəslədiyi mehribanlıq kimi başqa məxluqların bir-birləri ilə mehribançılığı da Mütəal Allahın rəhmətindən bir şüadır.

O, qeyd etdi ki, qohumlara məhəbbət bəsləmək də ilahi rəhmətdən bir şüadır. Onlarla əlaqəni kəsmək böyük bir günah olmaqla yanaşı ilahi rəhmətdən ayrılmaqdır. İlahi rəhmətdir ki, dünyanın yaşamasına səbəb olur və məxluqlara həyat verir.

O, insanın günahlarının Allahın qəzəbinə səbəb olduğuna işarə edərək dedi: Camaat günah etməsəydilər Allahın qəzəbinə düçar olmazdılar. Həzrət Yunus (ə) öz rəhmətindən çox Allahın qəzəbini camaata göstərdiyi üçün Allah onu balığın qarnına atdı.

O, Allahın rəhmətinin varlıq aləminin əsasını təşkil etdiyinə işarə edərək dedi: Baş verən hadisələri yaxşıya yozmağa çox tövsiyə edilmişdir. İslam dinində bədgüman olmaq pislənmiş bir işdir.

O, dedi ki, insanhəmişə Allahı yad etməlidir ki, Allah da onu yad etsin. Əli (ə) buyurdu: Allahın dünyadakı bütün rəhməti Onun yüz rəhmətindən bir hissədir. Dünya bundan artıq Allahın rəhmətini özündə sığdıra bilmir.

O, vurğuladı ki, Peyğəmbərin (s) və Əhli-beytin müqəddəs vücudları Allahın bəşəriyyətə rəhmətidir.http://www.shabestan.ir/detail/News/679198

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده