خبرگزاری شبستان

دوشنبه ۴ تیر ۱۳۹۷

الاثنين ١٢ شوّال ١٤٣٩

Monday, June 25, 2018

Servis xəbərlərinin titri

Azərbaycanda “İran mədəniyyət həftəsi” keçiriləcək

Şəbistan Xəbər Agentliyi: İran İslam Respublikasının Azərbaycan Respublikasında mədəniyyət həftəsi İranın islami mədəniyyət və irşad naziri və ölkəmizin bir qrup incəsənət xadiminin iştirakı və müxtəlif mədəni proqramların icra edilməsi ilə Bakıda və Gəncədə başlanacaq.

Servis Əsas səhifə Zaman :   Thursday, January 11, 2018 Xəbər kodu : 32185
Ayətullah Qərəhi
Bütün yaxşı əməllər və dünya əmlakı axirəti qazanmaq üçün vasitədirlər
Şəbistan xəbər agentliyi: Ayətullah Qərəhi dedi: Əgər bütün yaxşı əməlləri və dünya əmlakını axirəti qazanmaq üçün vasitə bilsək, paxıllıq və təkəbbür kimi bir çox rəzilə sifətlərdən uzaq olacaq və rahat şəkildə yaşayacayıq.

Şəbistan xəbər agentliyinin jurnalistinin verdiyi xəbərə əsasən, İmam Mehdi (əc) elmi mədrəsəsinin təsisçisi Ayətullah Ruhullah Qərəhi İmam Mehdi (əc) məscidində keçirilən əxlaq dərsində dedi: Biz insanlar gərək öz sifətlərimizi tanıyaq və onlardan istifadə etməyin həddini bilək ki, səhv addım atmayaq.

O, əlavə etdi ki, insanın sifətlərindən biri mal, övlad ya sair dünya işlərinə qarşı məhəbbət bəsləməkdir ki, əgər onlardan düzgün istifadə etməyin yolunu bilsə, onları öz axirəti üçün salih əməl kimi tuşə qərar verər.

O, dünyaya məhəbbət bəsləməməyin insan üçün çox önəmli olduğuna işarə edərək dedi: İnsanın malı və övladları ölənə qədər onunla birlikdədirlər. Amma öldükdən sonra o öz əməli ilə birlikdə olacaq.

O, qeyd etdi ki, bəzilərinin ölümdən qorxmalarının səbəbi ya dünyəvi işlərə məhəbbət bəsləməkdir ya da tənhalıqdan qorxmaqdır. Bu barədə Allah buyurur: Həqiqətən sizi tək yaratmışıq, öldükdən sonra da tək olacaqsınız. Sizə verdiyimiz hər bir şeyi burada qoyub axirət aləminə köçəcəksiniz.

O, vurğuladı ki, dünya mallarından Allahın insana ruzi etdiyi hər bir şey ilahi bəndəliyə yararlı olmaq üçündür. Əgər belə olsa, insan nicat tapacaq. Belə olmadığı surətdə ölüm zamanı öz əməllərinə xatir qorxu hissi keçirdəcək.

Ayətullah Qərəhi dedi: Əgər bütün yaxşı əməlləri və dünya əmlakını axirəti qazanmaq üçün vasitə bilsək, paxıllıq və təkəbbür kimi bir çox rəzilə sifətlərdən uzaq olacaq və rahat şəkildə yaşayacayıq.http://www.shabestan.ir/detail/News/681749

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده