خبرگزاری شبستان

چهارشنبه ۲۸ شهریور ۱۳۹۷

الأربعاء ٩ المحرّم ١٤٤٠

Wednesday, September 19, 2018

Servis xəbərlərinin titri

Livanın Hizbullah hərəkatının baş katibi Seyid Həsən Nəsrullah:

Trampın müharibə, xarabalıq və kütləvi qırğınla heç bir problemi yoxdur

Şəbistan Xəbər Agentliyi: Trampı müharibə və soyqırımla bağlı heç bir problemi olmayan dünyaya vurğun birisi kimi səciyyələndirən Seyid Həsən Nəsrullah, mərasimdə iştirak edən veteranlar və yaralılara belə müraciət edib: “Sizlər bu istiqamətdə (zülmlə mübarizədə) baş verənlərin canlı şahidisiniz”.

Servis Əsas səhifə Zaman :   Thursday, January 11, 2018 Xəbər kodu : 32184
Nigəhban şurasının üzvü
Peyğəmbərin (s) bütün istəyi İslam ümməti arasında vəhdət yaratmaq idi
Şəbistan xəbər agentliyi: Nigəhban şurasının üzvü dedi: Peyğəmbərin (s) bütün istəyi İslam ümməti arasında vəhdət yaratmaq idi. O Həzrətin tutduğu yolu davam etdirməkdə Əli (ə) İslam ümmətinin vəhdətinə nail olmaq üçün hamıdan daha istəkli idi.

Şəbistan xəbər agentliyinin jurnalistinin verdiyi xəbərə əsasən, Nigəhban şurasının üzvü Möhsin İsmaili keçən gecə Həft Tir şəhidlər mərkəzində keçirilən Nəhcül-bəlağənin Şiqşiqiyyə xütbəsini şərh edərkən İslam cəmiyyətində vəhdət məsələsinə işarə edərək dedi: Əgər Peyğəmbər (s) İslam ümmətini sui-zənn, qeybət, töhmət və başqa bunun kimi günahlardan çəkindirirdisə, onlar arasında sülh yaratmaq üçün idi ki, təfriqəyə düçar olmasınlar.

O, əlavə etdi ki, Peyğəmbərin (s) işi bu idi ki, vəfat etdiyi zamana qədər qəlbləri bir-birinə yaxınlaşdırmaqdan əl çəkmədi. Buna görə də möminlər arasında ixtilaf yaradan hər bir şəxs Peyğəmbərin (s) risaləti qarşısında dayanmış olur. Amma qəlbləri bir-birinə yaxınlaşdıran şəxs o Həzrətin getdiyi yoldan getmiş olur.

O, qeyd etdi ki, Allah Ənfal surəsinin qırx altıncı ayəsində buyurur: Peyğəmbərin (s) sözünə qulaq asın. Bir-birinizlə dava və ixtilaf etməyin. Belə olmadığı surətdə süstləşib öz əzəmətinizi itirəcəksiniz və düşmən də sizə qalib gələcəyinə ümidvar olacaq.

O, dedi ki, Əli (ə) buyurur: Əgər sizin qəlbləriniz arasında fasilə yaransa, düşmən sizin kökünzü elə kəsər ki, elə bil yox idiniz.

O, sözünü belə davam etdirdi ki, ictimai və ailə yaşayışında belədir. Ailə yaşayışında biri digərini bağışlasa Peyğəmbərin (s)  yolundan getmiş olur. Amma ixtilafı davam etdirən şəxs Peyğəmbərlə (s) müxalifət etmiş olur.   

http://www.shabestan.ir/detail/News/681777

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده