خبرگزاری شبستان

دوشنبه ۲۵ تیر ۱۳۹۷

الاثنين ٤ ذو القعدة ١٤٣٩

Monday, July 16, 2018

Servis xəbərlərinin titri

Televiziyanın birinci kanalında Kəramət on günlüyündə “Səkkizinci gülüstan”

Şəbistan xəbər agentliyi: Kəramət on günlüyündə milli tetelviziyanın birinci kanalında Kəramət on günlüyü haqda xüsusi verliş yayınlanacaq.

Servis Əsas səhifə Zaman :   Thursday, January 11, 2018 Xəbər kodu : 32180

Möhsin Rzayi İranın daxili problemlərin altı həll yolunu göstərdi
Şəbistan Xəbər Agentliyi: İranın Məsləhət Şurasının baş katibi xalqın məişət və rifah halının yaxşılaşması və İranın daxili problemlərini aradan qaldırmaq üçün həll yolları təqdim etdi.

 

 

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, İranın Məsləhət Şurasının baş katibi xalqın məişət və rifah halının yaxşılaşması və İranın daxili problemlərini aradan qaldırmaq etmək üçün həll yolları təqdim etmişdir. Bu həll yolları 6 bənd ya 6 həll yolundan ibarətdir.

 

 

 

Məsləhət Şurasının baş katibi Möhsin Rzayi bu barədə yazır: Bu gün bir daha İran İslam İnqilabının müdrik rəhbəri ölkə rəsimlərindən qətiyyətlə istədi ki, xalqın problemlərini həll etsinlər. Gərgin mübarizə və inqilabçılıq ruhiyyəs ilə xalqın hiss etdiyi problemlərin həlli üçün dilə gətirdikləri həqiqi istəklərinin qarşılıgını ödəsinlər. Onlardan da biri, təbidir ki, işsizlik problemidir.

 

 

 

Hər üç hakimiyyət qolu tərəfindən xalqın tələblərinin köklü surətdə araşdırılması və həll edilməsi məqsədi ilə, özümün bu işdə kömək və iştirakını vəzifə borcum sayaraq 6 maddədən ibarət olaraq həll yollarını təqdim edirəm:

 

1. Biganə və xarici qüvvələrdən ümidi üzmək, daxili imkanlara sökənmək.

 

2. Xalqla formal deyil, həqiqi və real ünsüyyət qurmaq.

 

3. Əhalinin müxtəlif təbəqələri, xüsusən cavanları qüvvətli kadırlara çevirmək.

 

4. İstehsal sahəsində xalqı sözün əsl mənasında əməkdaşlıga dəvət etmək.

 

5. Şəffaflıq və fəsadla qəti mübarizə.

 

6. İdarəçilikdə islahatların aparılması, idarə rəhbərlərinin təşkil etdikləri dar və qapalı dairəni sındırmaq, İranda yaşayan bütün millətlər və istedadlı cavanların içindən seçilmiş kadırlardan icrariyyə, qanunvericilik və məhkəmə orqanlarında istifadə etmək.

 

 

http://shabestan.ir/detail/News/681521

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده