خبرگزاری شبستان

دوشنبه ۲۶ آذر ۱۳۹۷

الاثنين ٩ ربيع الثاني ١٤٤٠

Monday, December 17, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Wednesday, January 10, 2018 Xəbər kodu : 32177

Rəcətin mənası nədir?
Şəbistan xəbər agentliyi: Əllamə Təbatəbai (r) buyurur: Rəcəti sübut edən hədislər bir-birinə zidd olsalar da hamısı bir mənada eynidir: dünyanın quruluşu bütün ilahi ayələrin öz tam kamil vəziyyətinə çatma istiqamətinə tərəf seyr və hərəkət edirlər.

Şəbistan xəbər agentliyinin Müqəddəs Cəmkəran məscidinin teleqram kanalına istinadən verdiyi xəbərə əsasən “Rəcət” sözü lüğətdə qayıtmaq mənasınadır. Kəlam və hədis elminin terinologiyasında qiyamət günündən öncə bir qrup xalis möminlərin və pis kafirlərin ölümdən sonar bu dünyaya qayıdışına rəcət deyilir. (Biharul-ənvar, c 35, s 138)

Rəcətin həqiqətində son dirilmək və qiyamətdən bir kiçik nişanə vardır. Rəcətin qiyamətlə fərqi bundadır ki, rəcətdə bir qrup insanlar dirilir. Qiyamət günü isə bütün insanlar istisnasız olaraq dirilir.

Əllamə Təbatəbai ® buyurur: Əllamə Təbatəbai (r) buyurur: Rəcəti  sübut edən hədislər bir-birinə zidd olsalar da  hamısı bir mənada eynidir: dünyanın quruluşu bütün ilahi ayələrin öz tam kamil vəziyyətinə çatma istiqamətinə tərəf seyr və hərəkət edirlər. Artıq Allaha itaətsizlik və günah etmiyəcəklər. Bəlkə xalis formada, nəfsani istəklər və şeytanın vəsvəsələri dəxalət etmədən Allaha ibadət edəcəklər. Allah-taalanın dostlarından və düşmənlərindən bir qrupu dirilib bu dünyaya qayıdacaq və haqq və batil bir-birindən ayrılacaq və tanınacaq.

Bu elmi fikirdən belə anlaşılır ki, rəcət, həqiqət baxımdan aşağı mərtəbədə olsa da məqam baxımdan qiyamətin bir mərtəbəsidir. Çünki rəcət günlərində fəsad və fintə baş verə bilər. Amma qiyamətdə şərr və fəsad baş verməyəcək. Buna görə də İmam Zamanın (ə)  zühuru da qiyamətin mərtəbələrindən biridir. Çünki həmin dövrdə haqq zahir olacaq. İmamlar buyurublar: Allahın günləri üç gündür: Zühur, rəcət və qiyamət günü. (Biharul-ənvar, c 7, s 61, c 53, s 63) http://shabestan.ir/detail/News/681496

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده