خبرگزاری شبستان

سه شنبه ۴ اردیبهشت ۱۳۹۷

الثلاثاء ٩ شعبان ١٤٣٩

Tuesday, April 24, 2018

Servis xəbərlərinin titri

İmam Mehdinin (ə) zühuru bəşərin arasında mənəviyyat, rasionallığı və məhəbbəti yayır

Şəbistan xəbər agentliyi: “Eşq və məhəbbət Əhli-beytin (ə) baxımından” milli konfransının katibi dedi: İmam Mehdinin (ə) zühuru bəşərin arasında mənəviyyat, rasionallığı və məhəbbəti yayır.

Servis Əsas səhifə Zaman :   Wednesday, January 10, 2018 Xəbər kodu : 32175

Halal tikənin insanın həyatında təsiri
Şəbistan Xəbər Agentliyi: Şeyx Səduq özünün “Amalı” kitabında İmam Sadiq (ə)-dan belə bir rəvayət nəql edir: “Halal ruzu qazanmagdan əl çəkmə, çünki halal ruzi dinində sənə kömək edəcəkdir”.

 

İmam Rza (ə) adına İslam Elmləri Universitetinin mədəniyyət işləri üzrə rektor muavini Höccətül - islam vəl - müslimin Hüseyn Şəriəti Nejad Şəbistan Xəbər Agentliyinin müxbiri ilə söhbətində  İslamda saglam qidadan danışdı.

 

 

Müsahibimiz dedi: Qidalanmaq, yemək və onun qeyri maddi tərəfləri olduqca əhəmiyyət kəsb edir. Din və peygəmbərlərin məqsədi insanı təkamülə çatdırmaq və bu məqsəd üçün lazımı olan bütün yolları onlara göstərməkdir. Şeyx Səduq özünün “Amalı” kitabında İmam Sadiq (ə)-dan belə bir rəvayət nəql edir:

 

“Halal ruzu qazanmagdan əl çəkmə, çünki halal ruzi dinində sənə kömək edəcəkdir”.

 

 

Hədisdən belə məlum olur ki, təam, yemək insanın kamala dogru hərəkətində təsirə malikdir. Buna görə də dinimiz də insanın qidalanmasına xüsusi əhəmiyyət verib.

 

 

Yaddan çıxartmayaq ki, qidanın halal olması dinin təyin etdiyi yolu qət etməyin ən minimum tələbidir. Quran bir çox ayələrdə “hala”l kəlməsi ilə “təyyib” kəlməsini, yəni qidanın pak olma ifadəsini yanaşı və bir yerdə işdədmişdir. İnsan halal və pak (təmiz) yeməklərdən istifadə etməlidir. Buradan gözəl bir nəticə ələ gəlir: Mənəviyyat yolunda addımlayan insan yeməyinin halal olmasından başqa pak və təmiz olmasına da, yəni gigeniya cəhətindən də saglam olmasına fikir verməlidir.

 

 

Hədislərdə deyilir: “Halal iş və gəlirin dalıyca düş”. Məlum olur ki, insan həyatını halallar üzərində qurmalı və necə deyərlər, ömrü halallıqla, başa vurmalıdır. Bu hər bir müsəlmanın həyat tərzi və həyat yolu olmalıdır.

 

 

http://shabestan.ir/detail/News/662672

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده