خبرگزاری شبستان

چهارشنبه ۲۸ شهریور ۱۳۹۷

الأربعاء ٩ المحرّم ١٤٤٠

Wednesday, September 19, 2018

Servis xəbərlərinin titri

Livanın Hizbullah hərəkatının baş katibi Seyid Həsən Nəsrullah:

Trampın müharibə, xarabalıq və kütləvi qırğınla heç bir problemi yoxdur

Şəbistan Xəbər Agentliyi: Trampı müharibə və soyqırımla bağlı heç bir problemi olmayan dünyaya vurğun birisi kimi səciyyələndirən Seyid Həsən Nəsrullah, mərasimdə iştirak edən veteranlar və yaralılara belə müraciət edib: “Sizlər bu istiqamətdə (zülmlə mübarizədə) baş verənlərin canlı şahidisiniz”.

Servis Əsas səhifə Zaman :   Wednesday, January 10, 2018 Xəbər kodu : 32173
Quranda namazın irfani məqamları (ikinci hissə)
Namaz qılan elə namaz qılmalıdır ki, elə bil Allahı görür
Şəbistan xəbər agentliyi: Allaha ibadət etmək yaxşı və bəyənilmiş bir işdir. Bu işin ən yaxşı və kamil surətdə yerinə gətirilməsi üçün zehn və fikri Allahdan qeyrisindən uzaqlaşdırmaq lazımdır. Habelə namazın niyyəti riya və özünü bəyənməkdən xalis olmalıdır.

Şəbistan xəbər agentliyi Quran və maarif bölümü: Allaha ibadət etmək yaxşı və bəyənilmiş bir işdir. Bu işin ən yaxşı və kamil surətdə yerinə gətirilməsi üçün zehn və fikri Allahdan qeyrisindən uzaqlaşdırmaq lazımdır. Habelə namazın niyyəti riya və özünü bəyənməkdən xalis olmalıdır. Həmçinin insan elə bir hal tapmalıdır ki, özünü və tapdığı halı başqalarından gizlətməlidir. Özündə mənəvi hal və xüsusi aramlıq yaratmalıdır. Stresi, yalançı qorxuları və zehni məşğuliyyətləri özündən uzaqlaşdırmalıdır. Qəlbində Allahla görüşün sevinc və fərəh hissini keçirtməlidir ki, sonda hüzur və müşahidə vaxtı yetişsin. Belə üstün ruhi keyfiyyətə ihsan məqamı deyilir. Namaz qılan bir insan belə bir vəziyyətdə qərar tutduğu zaman "elə namaz qılır ki, elə bil Allahı görür" cümləsi ona şamil olur.

Mizanul-hikmə kitabında bir məruf hədis nəql olunmuşdur ki, bu hədisdə Peyğəmbərdən (s) ihsan barədə sual olundu və Həzrət cavabında buyurdu: "Allaha elə ibadət et ki, elə bil Onu görürsən, əgər sən Onu görməsəndə bil ki, O səni görür". Yəni ihsan odur ki, Allaha elə ibadət edəsən ki, elə bil Onu görürsən, əgər sən Onu görməsəndə biləsən ki, O səni görür.http://www.shabestan.ir/detail/News/680653

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده