خبرگزاری شبستان

شنبه ۳۰ دی ۱۳۹۶

السبت ٤ جمادى الأولى ١٤٣٩

Saturday, January 20, 2018

Servis xəbərlərinin titri

ABŞ-ın Hizbullaha qarşı ittihamları zalımanə və əsassızdır

Şəbistan Xəbər Agentliyi: Livanın Hizbullah Hərəkatının baş katibi Seyid Həsən Nəsrullah paytaxt Beyrutda təşkil olunan Kuneytra şəhidlərinin ildönümü mərasimində etdiyi çıxışında mühüm açıqlamalar verib.

Servis Əsas səhifə Zaman :   Wednesday, January 10, 2018 Xəbər kodu : 32172
Şəbistan xəbər agentliyinin hövzə və unuversitet ustadı Höccətül-islam Qoli ilə müsahibəsində qeyd olundu
Şəxsiyyət heyranlıqlarından keçiş, zamanı doğru tanımaqla mümkündür
Şəbistan xəbər agentliyi: Sonda inşaallah bu heyranlıqlardan çıxacağıq. Zamanı doğru tanımaqla da dini şəxsiyyətdə düzgün və əsaslı inanclara sahib olacağıq. Həmçinin öz zəmanəmizdə yeni tələblərlə birlikdə yaşayacayıq.

Şəbistan xəbər agentliyi Quran və maarif bölümü: Siz yeni dövrəni başa düşməyi kiçik saymamalısınız. Çünki onlar rəftarlarınızın islah olunmasında təsir qoyacaq. Əgər biz bu anlayışa sahib olmasaq, səhv və zahiri işlərlə məşğul olacağıq. Həmin səhv adıımlar yenə də davam etdiriləcək. Beləliklə, bu mövzunu unutmamalıyıq. Bu məsul təşkilatların az iş görmələrini təyid etmək mənasında deyil. Amma o tərəfdən də diqqətli olmalıyıq ki, bu gün qərar tutduğumuz mühit tamamilə dünya səviyyəsində mövcud olan bir məsələdir. Bizim cəmiyyətimiz ictimai bir Rönesansda qərar tumuşdur. Bizim cəmiyyətimiz hətta on beş il bundan qabaq ilə də müqayisə olunacaq həddə deyil. Yeni istinbat vasitələri bizi bir şəxsiyyət partlamasında qərar vermişdir. Əlbəttə, bu hadisələrin sırf qaranlıq və mənfi cəhətlərinə takılıb qalmamalıyıq. Çünki belə nəzərə gəlir ki, bütün bu dəyişikliklər uzun müddət içərisində və bizim fikir və şəxsiyyət həzm edici qüvvəmizdə həzm olunaraq bizim xeyrimizə tamamlanacaq. Yəni müsbət nəticələr verəcək. Əlbəttə, biz bu zəmində xərclərdə ödəyəcəyik. Bizim ənənəvi cəmiyyətimiz şəxsiyyət baxımından qabıq dəyişimindədir. Biz nə keçmiş cəmiyyətə qayıdacayıq, nə də yeni vəziyyətin həzm edici qüvvəsində həzm olunacayıq. Bu yolda bir çox çətinliklərə qatlaşacayıq. Sonda inşaallah bu heyranlıqlardan çıxacağıq. Zamanı doğru tanımaqla da dini şəxsiyyətdə düzgün və əsaslı inanclara sahib olacağıq. Həmçinin öz zəmanəmizdə yeni tələblərlə birlikdə yaşayacayıq.http://www.shabestan.ir/detail/News/680317

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده