خبرگزاری شبستان

چهارشنبه ۲۸ شهریور ۱۳۹۷

الأربعاء ٩ المحرّم ١٤٤٠

Wednesday, September 19, 2018

Servis xəbərlərinin titri

Livanın Hizbullah hərəkatının baş katibi Seyid Həsən Nəsrullah:

Trampın müharibə, xarabalıq və kütləvi qırğınla heç bir problemi yoxdur

Şəbistan Xəbər Agentliyi: Trampı müharibə və soyqırımla bağlı heç bir problemi olmayan dünyaya vurğun birisi kimi səciyyələndirən Seyid Həsən Nəsrullah, mərasimdə iştirak edən veteranlar və yaralılara belə müraciət edib: “Sizlər bu istiqamətdə (zülmlə mübarizədə) baş verənlərin canlı şahidisiniz”.

Servis Əsas səhifə Zaman :   Wednesday, January 10, 2018 Xəbər kodu : 32171
Höccətül-islam Ali:
Şiə İmam Zamansız (ə) məhv olar
Şəbistan xəbər agentliyi: Allaha and olsun, əgər İmam Zamanın (ə) müqəddəs əli şiənin arxasında hərçənd pərdə arxasında olsa belə, olmasaydı, şilər indiyə qədər yeddi deyil, yetmiş kəfən geymişdi. Məsələn hicrətin yeddinci əsrində Monqolların hücümü şiələrin məhv olması üçün kifayət idi.

Şəbistan xəbər agentliyinin Məhdəviyyət bölməsinin müxbirinin Müqəddəs Cəmkəran məscidinin teleqram kanalına istinadən verdiyi xəbərə əsasən dini ekspert Höccətül-islam vəl-müslimin Məsud Ali bizim İmam Zamanın (ə) tərəfdarı olmağın mənasını bilmədiyimiz vurğulayaraq dedi: Biz bilmirik ki, əgər Allah-taala bizi İmam Zamanın (ə) tərəfdarı kimi qəbul etsə, bunun yeri və məqamı haqda məlumatımız yoxdur. Allaha and olsun ki, bu məqamın mahiyyətini biz dərk edə bilmirik.

 O, İmam Zamanın (ə) tərəfdarının məqamına toxunaraq dedi: İmam Sadiq (ə) buyurub:

لَوْ أَدْرَکْتُهُ لَخَدَمْتُهُ أَیامَ حَیاتِی؛

Əgər Mehdini (ə) dərk etsəydim, ömrüm boyu ona xidmət edərdim.

 O, bildirdi ki, Mühəddis Nurinin Nəcmus-saqib kitabında şiənin böyük və dəyərli alimlərindən olan Kəfəminin Misbah kitabından nəql edir: Həmişə bəzi insanlar İmam Zamanın (ə) tərəfdarları adı mövcud olurlar və İmamın onlara tapşırdığı əmrləri yerinə yetirirlər.” Kəfəmi onların tərtibi haqda yazır: Bu şəxslər dörd hissəyə bölnür. Birinci hissədə dörd arif olur, ikinci hissədə yeddi xeyirli insan, üçüncü hissədə 40 görkəmli insan və dördüncü hissədə isə 360 qeybi bilən şəxsolur.” Bunlar İmamın (ə) 313 tərəfdarından fərqlidir. Bu şəxslər İmamın (ə) qeyb olduğu dövrdə olacaqlar.  http://shabestan.ir/detail/News/681500

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده