خبرگزاری شبستان

شنبه ۲۴ آذر ۱۳۹۷

السبت ٧ ربيع الثاني ١٤٤٠

Saturday, December 15, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Wednesday, January 10, 2018 Xəbər kodu : 32170
Höccətül-islam Rəfii:
Quranla ünsiyyət bəsirət yaradır
Şəbistan xəbər agentliyi: Bəsirət tapmağın yollarından biri də Qurani-kərimin təlimlərin dərk etməkdir. Əgər yalnız Quranı oxumaq və əzbərləməklə olsaydı, Əhli-beytin (ə) qatillərinin və düşmənlərinin çoxu Quran oxuyurdular. Amma bəsirətləri yox idi.

Şəbistan xəbər agentliyinin verdiyi xəbərə əsasən dini ekspert Höccətül-islam vəl-müslimin Doktor Nasir Rəfii Müqəddəs Cəmkəran məscidinin namaz qılanlarının arasında bəsirət mövzusunu açıqlayaraq bildirdi: “Bəsirət” sözü Quranın müxtəlif ayələrində təkrar olunmuşdur. Bu ayələrdən biri də mübarək Yusif surəsinin sonuncu ayələridir. Allah-taala Peyğəmbərə (s) buyurur:

İnsanlara de: Mən sizi bəsirət vasitəsi ilə doğru yola dəvət etməyə gəlmişəm.

 Doktor Rəfii bildirdi ki, insanın üç bəsirətə ehtiyacı vardır: Dini və etiqadi bəsirət, əxlaqi və siyasi bəsirət. Biz bu mövzular haqda araşdırma aparmalıyıq.

 Qum elmiyyə hövzəsinin ustadı müxtəlif hədislərdə dini bəsirətə təkid oldunğunu bildirərək dedi: İnsanın dini dərk, anlamaq və etiqad əsasında olmalıdır. Allah, Peyğəmbər (s) və məsum imamları (ə) tanımalıdır. Üsul və furuid-dinə qəlbən inanmalıdır. Bəsirət əldə etməyin yollarından biri də Əhli-beytə (ə) təvəssül etməkdir.

 Müqəddəs Cəmkəran məscidinin xətibi dedi: İmam Zamana (ə) və Qurana etiqadın dərk əsasında olmalıdır. Əxlaqi bəsirətdə insan özündəki əxlaqi eybləri görməldir. Daha sonar onları aradan qaldırmağa çalışmalıdır.

O, düşmənləri etirafının önəmli olduğunu vurğulayaraq dedi: Düşmənlərin etirafları eyblərimizi islah və düzəltməkdə bizə çox kömək edir. İnsan yaxşı əməllərini böyük və günahlarını kiçik saymamalıdır. Bu baxış çox böyük bir problemdir. http://shabestan.ir/detail/News/681573

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده