خبرگزاری شبستان

شنبه ۳۰ دی ۱۳۹۶

السبت ٤ جمادى الأولى ١٤٣٩

Saturday, January 20, 2018

Servis xəbərlərinin titri

ABŞ-ın Hizbullaha qarşı ittihamları zalımanə və əsassızdır

Şəbistan Xəbər Agentliyi: Livanın Hizbullah Hərəkatının baş katibi Seyid Həsən Nəsrullah paytaxt Beyrutda təşkil olunan Kuneytra şəhidlərinin ildönümü mərasimində etdiyi çıxışında mühüm açıqlamalar verib.

Servis Əsas səhifə Zaman :   Wednesday, January 10, 2018 Xəbər kodu : 32168
Mədəniyyət nazirliyinin mədəni və dini müşaviri:
Əmre be mərufun bəzi məqamları dövlətin vəzifəsidir
Şəbistan xəbər agentliyi: Höccətül-islam Süleymani dedi: Əmre be mərufun bəzi məqamları dövlətin vəzifəsidir. İnqilab baş verdikdən sonra bizim boyumuza da vəzifə gəldi.

Şəbistan xəbər agentliyinin mədəni işlər üzrə şöbəsinin müxbirinin verdiyi xəbərə əsasən İslam mədəniyyəti və təbliği nazirliyinin Əmr be məruf və nəhy əz münkər bölməsinin on yeddinci qadınlar iclası “Kitab və kitaboxuma mədəniyyətinin təbliği” adı ilə nazirlikdə İslam mədəniyyəti və təbliği nazirinin müavini Muhsin Cavadi, İslam mədəniyyəti və təbliği nazirinin qadınlar üzrə müşaviri Mərziyyə Mirati Niya, İslam mədəniyyəti və təbliği nazirliyinin Əmr be məruf və nəhy ən münkər şurasının rəisi Höccətül-islam Həmidrza Ərbab Süleymaninin iştirakı ilə keçirildi.

 Höccətül-islam Həmidrza Ərbab Süleymani bu iclasda dedi: İslamdan öncə də cəmiyyətdə Əmr be mərufun xüsusi yeri var idi. Əgər əmr be mərufu ixtisara salsaq, digər dini vaciblər də mənasız olacaq.

 O, İmam Baqirin (ə) hədisinə toxunaraq dedi: Həzrət Əmr be mərufu Allahın ən böyük vacibi bilirdi.

 Höccətül-islam Süleymani dedi: Əmre be mərufun bəzi məqamları dövlətin vəzifəsidir. İnqilab baş verdikdən sonra bizim boyumuza da vəzifə gəldi. İman əhli hakimiyyətə gələndə onlar Quran baxımından dörd xüsusiyyətə sahib olmalıdılar. 1-Namaz qılmaq, 2-Yoxsullara kömək məqsədi ilə zəkat vermək, 3-Əmr be mərufu və nəhy əz münkəri icra etmək, 4-Bu işlərdə müvəffəq olmaq üçün Allahdan yardım diləmək. http://shabestan.ir/detail/News/681409

 

 

 

 

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده