خبرگزاری شبستان

چهارشنبه ۲۵ مهر ۱۳۹۷

الأربعاء ٧ صفر ١٤٤٠

Wednesday, October 17, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Tuesday, January 09, 2018 Xəbər kodu : 32163
Bir tədqiqatçının “Qədim folklorun Qurandakı hekayələrini” tənqidi və araşdırması:
Ən gözəl nəql etmə üslubu Yusif surəsində buyurulub
Şəbistan xəbər agentliyi: Doktor Heri ən gözəl nəql etmə tərzini Quranda görə bilərik-deyərək bildirdi: İslamın əvvəllərindən indiyə qədər Quranın bəlağəti haqqında 400 kitab yazılmışdır. Amma onun qissələrinin təhlil haqda bir kitab da yazılmayıb.

Şəbistan xəbər agentliyinin verdiyi xəbərə əsasən Ədəbiyyat üzrə yazçışı, tədqiqatçı və tənqidçi Doktor Heri Əbulfəzl dünən dünən Əhli-qələm binasında keçirilən Professor Alen Dandesin “Qədim folklorun Qurandakı hekayələrini” kitabının tənqidi elmi iclasında dedi: Alen Dandesin əsas fəaliyyətləri folklore sahəsindədir. Dandesin çoxlu elmi əsərləri vardır. Əgər onu dünya folklorunun atası adlandırsaq mübaliğə etməmişik. Dandes üçün Quran bir mətndir və bu məsələ onun metodologiyasını problemlə üzləşdirmışdır. Dandes avropalı bir tədqiqatçının baxışı ilə Quranın sorağına gəlmişdir. Amma Quranın bir sıra xüsusiyyətləri olduğundan qafildir.

  Doktor Heri dedi ki, Dandes əfsanələrin təfsiri sahəsində işləmişdir. O, elə təsəvvür etmişdir ki, Quranda nümunələri axtarmalı və onları müəyyən etməlidir. Bizim bu məntə baxışımız bir müqəddəs baxışdır. Bu baxış tədqiqatçı baxışından fərqlidir. “Qədim folklorun Qurandakı hekayələrini” kitabı dörd hissədən ibarətdir. Onun ən zəif hissəsi birinci hissəsidir. Bu kitabın əsil hissəsi stereotiplər haqdadır. Əgər Dandes Quranla və ərəb dili ilə tanış olsaydı, səhvləri və metodologiyasıda səhvləri çox az olardı. Dandesin bu kitabı haqda çox alimlər danışmışlar.

 Dandes bu kitabda nümunələri tapmağa çalışmışdır. Təəssüflər olsun ki, onun nəqli və şifahi sahələri haqda az işləmişdir. Quran canlı bir dioloqdur. Dandes elə fikirləşir ki, şifahi qəlibləri Quranda tapmaq olar. Şifahi dioloqun əsası təkrardır. Dandes Quranın mətnini qəribə bir mətn bilmiş və onun qissələrinin arasında Yusif surəsini ən gözəl nəql üslubunda deyildiyini bildirir. http://shabestan.ir/detail/News/681310

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده