خبرگزاری شبستان

چهارشنبه ۱۰ آذر ۱۴۰۰

الأربعاء ٢٦ ربيع الثاني ١٤٤٣

Wednesday, December 1, 2021

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Tuesday, January 9, 2018 Xəbər kodu : 32160

Məscidlər fikri mərkəz olmalıdırlar, iqtisadi ya hərbi baza deyil
Şəbistan Xəbər Agentliyi: sabiq təhsil naziri: “Bu qənaətdə deyilik ki, məscidlər keçmişdə eyibsiz və heç bir nöqsansız fəaliyyət göstəriblər. Lakin cavanlar üçün hər vaxt cazibəli idilər”.

 

İranın tanınmış ictimai və dövlət xadimi, sabiq təhsil naziri Murtəza Haci Şəbistan Xəbər Agentliyinin müxbiri ilə söhbətində məscidlərin müasir dövrdəki yerindən danışdı.

 

 

O, bildirdi ki, məscidlər İslamda və İran İslam İnqilabında həmişə önəmli yeri tutmuş, ön cəbhədə çıxış etmişlər.

 

 

“Bu qənaətdə deyilik ki, məscidlər keçmişdə eyibsiz və heç bir nöqsansız fəaliyyət göstəriblər. Lakin buna baxmayaraq cavanlar üçün hər vaxt cazibəli idilər”, – deyə sözünə başlayan müsahibimiz öz cavanlıgını da yadına saldı: Mən 17 yaşımda ikən “Gənc İslam ardıcılları” dərnəyini təşkil etdim. Tehranda fəaliyyət göstərməyə başladım. Dini çıxışlar etdim, şeirlər oxudum, dastanlar yazdım. Dini mərkəzlərdə, xüsusən məscidlərdə fəaliyyət göstərdim. Ruhanilər də məni həvəsləndirirdilər.

 

 

Daha sonra məscidlərin son dövrdə nisbətən siyasi yön aldıgından nigarançılıgını bildirən İranın sabiq təhsil naziri dedi: Əlbəttə, mən qismən siyasi fəaliyyətlərin məsciddə görülməsinin əleyhinə deyiləm. Lakin məscid iqtisadi mərkəzə, hərbi bazaya çevrilməməlidir. Bəli, burda könüllülər fəaliyyət göstərməlidirlər. Bu təsirə malik olacaq, lakin bu fəaliyyətlər məscidin axundu, icması və imam camaatın nəzaratı altında olmalıdır. Məscid, məscidin nəzdində fəaliyət göstərən bütün dərnəklər, qruplar, heyətlər imam camaata tabe olmalı və onun istiqamətləndirmələri əsasında öz fəaliyyətlərini davam etdirməlidirlər.

 

http://shabestan.ir/detail/News/670984

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده