خبرگزاری شبستان

چهارشنبه ۲۸ شهریور ۱۳۹۷

الأربعاء ٩ المحرّم ١٤٤٠

Wednesday, September 19, 2018

Servis xəbərlərinin titri

Livanın Hizbullah hərəkatının baş katibi Seyid Həsən Nəsrullah:

Trampın müharibə, xarabalıq və kütləvi qırğınla heç bir problemi yoxdur

Şəbistan Xəbər Agentliyi: Trampı müharibə və soyqırımla bağlı heç bir problemi olmayan dünyaya vurğun birisi kimi səciyyələndirən Seyid Həsən Nəsrullah, mərasimdə iştirak edən veteranlar və yaralılara belə müraciət edib: “Sizlər bu istiqamətdə (zülmlə mübarizədə) baş verənlərin canlı şahidisiniz”.

Servis Əsas səhifə Zaman :   Tuesday, January 09, 2018 Xəbər kodu : 32153

İddialı şahzadə oturduğu budağı mişarlayır - TƏHLİL
SƏUDİYYƏNİN TƏMƏLİ OLAN VƏHHAB-SƏUD PAKTI LƏĞV EDİLİR?

Yuri Barmin

“Al-Jazeera” (Qətər)

 

Səudiyyə Ərəbistanı krallığı hazırda sosio-siyasi sahədə dramatik dəyişikliklər edir. Padşahlığı müasirləşdirmək və dünyaya açmaq missiyasına gənc və iddialı vəliəhd-şahzadə Məhəmməd bin Salman (MBS) rəhbərlik edir. O, Səudiyyə iqtisadiyyatını yeniləmək və ruhanilərin dövlətə müqavimət gücünü məhdudlaşdırmaq strategiyasını yürüdür.

2017-ci ilin oktyabr ayında MBS Riyadda beynəlxalq investorlara bildirib: "Biz əvvəllər olduğumuza – bütün dinlərə və dünyaya açıq olan mötədil İslam ölkəsi dövrünə qayıdırıq”.

“Guardian” nəşrinə verdiyi açıqlamada Səudiyyə Ərəbistanının "mötədil İslam" yoluna "dönmək" məqsədini izah edən tacdar şahzadə deyib ki, "son 30 ildə baş verənlər Səudiyyə Ərəbistanına yaddır". O, 1979-cu ildə baş verən İran inqilabına münasibətdə səltənətin ultrakonservativliyə yuvarlanmasını Tehranın Yaxın Şərqdə inqilabı yaymaq cəhdləri ilə izah edib.

Bu şərhlər iki səbəbə görə diqqətəlayiqdir: birincisi, bu səbəblər İslamın təfsirində Səudiyyə dövlətinin təqib etdiyi mötədilliyin, əslində, yoxluğunu; ikincisi, hazırda mövcud olan dini sistemin sosial-iqtisadi inkişafa mane olduğunu və gənc nəslin tələblərinə uyğun gəlmədiyini etiraf edir.

Ancaq bu səbəblər həm də bir qədər yanlış yönəldirir, çünki Səudiyyə Ərəbistanı içərisində olan vəziyyətin məsuliyyətini xarici faktorlara, yəni 1979-cu ilin İslam İnqilabına istiqamətləndirməyə çalışır.

Amma Səudiyyə Ərəbistanı ultrakonservatizmə doğru yönəldən, həqiqətən, inqilabi İran idimi?

 

1979-cu ilin Səudiyyə Ərəbistanı

 

1979-cu il, bütün hesabatlara görə, Səudiyyəyə dair əhəmiyyətli bir tarixdir. Həmin il Məkkədə Məscidül-Haramın ələ keçirilməsi ilə məşhurlaşan bir qrup üsyançının məqsədi Qərbi təqlid etdiyinə görə Səud Evini devirmək idi.

Noyabrın 20-də səudiyyəli bədəvi və Milli Qvardiyanın sabiq hərbi qulluqçusu Cuhayman əl-Utəybinin başçılıq etdiyi 500-ə yaxın silahlı adam Məscidül-Haramı ələ keçirdi və o, qaynı Məhəmməd əl-Qahtanini "xilaskar Mehdi" elan etdi. Onun müsəlman dünyasını Qərb təsirindən təmizləyəcəyi bildirildi.

İki həftəlik mühasirə zamanı yüzlərlə zəvvar, terrorçu və Səudiyyə təhlükəsizlik qüvvələrinin üzvü öldürüldü. Bundan əvvəl İranda inqilab baş vermişdi, Məscidül-Haramın ələ keçirilməsinin Tehrandan yönəldirilən əməliyyat olduğuna dair bir çox fərziyyələr yaranmışdı. Özünü "Mehdi" elan edən Məhəmməd əl-Qahtani və məscidin ələ keçirilməsi lideri əl-Utəybi şiələri bidətçi saydığından İranda yaşanan hadisələrdən ilham ala bilmədilər.

Məscidül-Haramın ələ keçirildiyi dövrdə Səudiyyə monarxiyası qeyri-sabitliyə sürüklənmişdi. Dörd il əvvəl, krallığı müasirləşdirən, ilk televiziya yayımına başlayan, sosio-iqtisadi islahatlar aparan və ictimai təhsili (o cümlədən qız məktəbləri açmağı) təşviq edən kral Feysəl (1964-1975-ci illər) qardaşı oğullarından biri tərəfindən öldürülmüşdü.

Həmin vaxt Səudiyyə din xadimlərinin əksəriyyəti modernləşmə təşəbbüslərini alqışlamamışdı.

Həcc məkanının ələ keçirilməsi Səudiyyə Ərəbistanı krallığını sarsıtdı.İranda İslam Respublikası yaradan Ayətullah Xomeyni bu qəsddə ABŞ və İsraili günahlandırdıqda, müsəlman dünyasında ölümcül etiraz aksiyaları başlandı və Səud Evi qorxuya düşdü. Məkkə və Mədinənin – iki müqəddəs şəhərin qoruyucusu kimi, müsəlman dünyasında xanədanın nüfuzuna təhdid əlamətləri yarandı.

Səud Evinin böhrana təpkisi kral Feysəlin modernləşdirmə təşəbbüslərini geriyə döndərmək və dini hakimiyyət orqanlarını gücləndirmək oldu. Hökumət ciddi dini qaydalar tətbiq etməyə başladı, beş namaz üçün bağlanmayan müəssisələrə basqın edildi, qadınlar ictimai həyatdan çıx-daş olundu. Ümumi olaraq dini polis kimi tanınan Fədakarlığın Təşviqi Komitəsi hökumət pulunun inyeksiyasından aydın şəkildə faydalandı və Səudiyyə gündəlik həyatının izlənilməsində daha önəmli rol oynadı.

1970-ci illərin hadisələri, həqiqətən, Səudiyyə Ərəbistanını təsirləndirsə də, ölkə o zaman ultramühafizəkar olmadı. Bu, daha uzaq keçmişlə bağlıdır: 18-ci əsrdə İslama sərt şərhlər verən alimin Səud ailəsi ilə müqavilə bağladığı zamana.

 

Vəhhab-Səud paktı

 

Ölkə rəhbərliyinin bu qədər sərt tənqid olunmasına səbəb olan və MBS-nin xilas olmaq istədiyi rəsmi Səudiyyə dini doktrinası – vəhhabilik Məhəmməd ibn Əbdül Vəhhabın (1703-1792) təliminə əsaslanır.

Əbdül Vəhhab əslən Ərəbistan yarımadasının Nəcd bölgəsindən idi, səyyah və Müqəddəs Kitabın təfsirçisi, Məkkədə və Mədinədə əksəriyyətin rədd etdiyi İslam alimi kimi tanınırdı. Əbdül Vəhhab Qurani-Kərimdə və hədisdə yenilikləri (bidət) rədd etdi və Quran-ı Kərimə əsaslanmayan tətbiqləri (məsələn, sufi icmanı və bəzi şəxslərin müqəddəsliyini) aradan qaldırmağı müdafiə etdi. O, hətta başqa müsəlman icmaları da kafirlikdə günahlandırdı. Əbdül Vəhhabın təlimində yeni bir şey yox idi və o, sadəcə hənbəli doktrinanın ən ultramühafizəkar formasını dirçəltmişdi. Bununla yanaşı, o, Səud ailəsinə yaxınlaşdı.

Əbdül Vəhhabın Məkkədə, habelə Yaxın Şərqin digər yerlərində uğursuz təbliğat apararkən, Məhəmməd ibn Səud bu gün Riyadın kənarındakı Əl-Diriyə ərazisini idarə edirdi. 1744-cü ildə Mədinədən qaçan Əbdül Vəhhab əl-Diriyyəə gəldi və İbn Səuddan qorunma istədi.

Nəticədə, iki güc və məsuliyyəti bölüşən ittifaq meydana gəldi: İbn Səud hərbi və siyasi məsələlərdə hökmranlıq etdi, Əbdül Vəhhab dindarların “boğazına çökdü”.Dini legitimliklə silahlanmış İbn Səud ilk Səudiyyə dövlətini quraraq, hakimiyyətini Əl-Diriyədən kənarda genişləndirdi.

Əbdül Vəhhabın ölümü güc bölgüsü razılaşmasına təsir göstərmədi. Onun xələfləriAli Şeyx ailəsi Səudiyyə hakimiyyəti altında dini məsələlərə cavabdeh idi. Bu günə qədər də onlar padşahın qərarlarını təsdiqləməklə, Səud xanədanının siyasi gücünü legitimləşdirirlər.

Ali Şeyx ailəsi dövlət strukturlarında imtiyazlı mövqedədir və Fədakarlığın Təşviqi Komitəsi, Təhsil Nazirliyi və İslam İşləri Nazirliyində mühüm rol oynayır.

 

“Mötədil” Səudiyyə Ərəbistanı?

 

250 ildən çoxdur ki, Vəhhab-Səud paktı Ərəbistan yarımadasında Səudiyyə hakimiyyətinin dini qanuniliyini təmin edir.

Amma indi onun aqibət vaxtı, nəhayət, yetişibmi? Bu ittifaq artıq Səud xanədanına lazım deyil?

Son bir neçə ildə Səudiyyə rəhbərliyi tədricən və ehtiyatla Ali Şeyx ailəsinin gücünü məhdudlaşdırıb. 2010-cu ilin avqustunda, məsələn, mərhum kral Abdullahın qərarı ilə yalnız dövlətin təyin etdiyi alimlər fətva verə bilər.

Kral Salman və oğlu MBS-nin rəhbərliyi ilə daha sərt tədbirlər görülüb. 2016-cı ilin aprelində Fədakarlığın Təşviqi Komitəsinin polis funksiyaları məhdudlaşdırılıb və onun həbsetmə səlahiyyəti ləğv edilib.

2016-cı ilin dekabrında kral ölkədə ən yüksək dini qurum olan Böyük Alimlər Şurasına daha mötədil ruhaniləri təyin edib. 2017-ci ildə konsertlərə, hər iki cins üçün birgə ictimai tədbirlərə icazə verilib və 35 ildən sonra kinoteatrların yenidən açılması planlaşdırılıb.

Ancaq Səudiyyənin strukturlarında ən monumental dəyişikliklər hələ də baş vermir. Ölkənin hüquqi sistemi Səudiyyə Ərəbistanında əsas qanunvericilik mənbəyi olan İslam hüququ çərçivəsində fəaliyyət göstərir. İslam hüququnun ənənəvi şərhlərində Əbdül Vəhhabın dünyagörüşü vacib elementdir. Buna görə sadələşdirilmiş qaydada Vəhhab-Səud paktını pozmaq – bu ənənəvi şərhi pozmaq və hakimləri qanunla kodlaşdırmaq deməkdir.

Daha vacib məsələ: islahatları həyata keçirmək və ölkənin qapısını əcnəbilərə açmaq üçün Səudiyyə Ərəbistanı vəhhabi köklərindən tamamilə vidalaşmalıdır.

Dini rəhbərliklərin azaldılması – Körfəz monarxiyalarının ümumi tendensiyadır və Səudiyyə Ərəbistanı yavaş-yavaş bənzər bir modelə bürünür.

Tacdar şahzadənin korrupsiyaya qarşı mübarizəsi və Fədakarlığın Təşviqi Komitəsinin zəiflədilməsi Səudiyyə dini quruluşu üçün əlverişsiz olsa da, hələlik o, dəyişiklikləri açıq şəkildə dəstəkləyir. Əsrlər boyu monolit görünən dini quruluş indi taleyi monarxın əlində olan "kağız pələng"ə çevrilə bilər.

Dindar elita MBS-nin modernləşmə tədbiri lehinə olsa da, onilliklərlə davam edən siyasəti pozaraq, bəziləri onu korrupsiya və Qərb təsirini yaymaqda ittihamlaya bilər. MBS-nin tətbiq etdiyi siyasət bir çox ruhaniləri “yeraltı müxalifət”ə keçməyə məcbur edəcək. Narazılıq illərlə davam edə, nə vaxtsa bu və ya digər şəkildə üzə çıxa bilər.

MBS-nin siyasəti gənc səudilərə kömək edir, amma onların əlində hakimiyyət açarı yoxdur. Onilliklərdən bəri mühafizəkar qayda ilə yaşayan köhnə nəsil və hazırda vassal mövqeyində olan Səudiyyə kral ailəsini legitimləşdirən böyük dini elita itaətsiz şahzadələrin iqtidara yiyələnməsinə imkan verməyib.

Bu elitanın bir çox üzvü məhdudlaşdırıldığını hiss edib, 1979-cu ilin hadisəsini təkrarlaya bilər.

 

Tərcümə: Strateq.az

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده