خبرگزاری شبستان

شنبه ۲۴ آذر ۱۳۹۷

السبت ٧ ربيع الثاني ١٤٤٠

Saturday, December 15, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Tuesday, January 09, 2018 Xəbər kodu : 32152

Mələklər haradan bilirdilər ki, insan qan tökən varlıqdır?
Allah Təala insanı xəlq etməzdən əvvəl mələklərə onun haqqında qısa də olsa məlumat vermişdi. Ona görə də mələklər bu varlığın gələcəkdə qan tökən olacağını bilirdilər.

Qurani-Kərimdə belə bir ayə vardır ki, buyurulur: “Və (yadına sal) o zaman(ı) ki, Rəbbin mələklərə dedi: «Həqiqətən Mən yer üzündə bir canişin (Allahın oradakı nümayəndəsi, ya da oranın nəsli kəsilmiş qədim sakinlərinin canişini) qoyacağam». Dedilər: «Orada fəsad törədəcək və qanlar tökəcək bir kəsi (canişin) qoyursan?!”. (“Bəqərə” 30).

 

Belə bir sual meydana gəlir ki, bəs mələklər haradan bilirdilər ki, insan fəsad törədən və qan tökən varlıqdır?

 

Bu sualın cavabını vermək üçün üç ehtimal mövcuddur:

 

1. Birinci ehtimala görə, Allah Təala insanı xəlq etməzdən əvvəl mələklərə onun haqqında qısa də olsa məlumat vermişdi. Ona görə də mələklər bu varlığın gələcəkdə qan tökən olacağını bilirdilər.

 

2. Bəzilərinin nəzərinə görə, mələklər bu mətləbi “fil-ərz” sözündən başa düşmüşdülər. Belə ki, insanın torpaqdan yaradıldığını bilirdilər və maddə tərkib baxımından məhdud olduğu üçün dava və fəsad mərkəzi olur. Maddi aləm insanın təbiət baxımından ehtiyaclarını təmin etməyə qadir deyildir. Əgər bütün dünyanı ona versələr, yenə də tox olmaz.

 

3. Üçüncü ehtimal belədir ki, mələklərin uzaqgörənliyi ona görə idi ki, Adəm (ə) yer üzərində olan ilk insan olmamışdır. Bəlkə ondan əvvəl də insanlar olmuşdur ki, yer üzündə qan tökmüşdülər. Onların pis aqibəti mələklərin bu sözü deməklərinə səbəb olmuşdur.

 

İmam Sadiq (ə) buyurur: “Əgər mələklər əvvəllər yer üzündə fəsad törədən və qan tökən kəsləri görməsəydilər, bu mövzudan agahlıqları olmazdı ki, deyirdilər: “Orada fəsad törədəcək və qanlar tökəcək bir kəsi (canişin) qoyursan?!”. (Tebyan)

 

Əllamə Təbatəbai buyurur: “Mümkündür ki, bu hədis o zamana işarə edir ki, Bəni-Adəmdən (ə) əvvəlki dövr olmuşdur. Bu dövrdə yer üzündə başqa insanlar yaşayırdılar”.

 

Hər bir halda üç ehtimalın üçü də bir-biri ilə ziddiyət təşkil etmir.

 

Bu, elə həqiqətdir ki, mələklər onu deyən zaman Allah onların sözünü inkar etməmişdir. Buyurmuşdur ki, Mən bu varlıq barəsində sizin bilmədiklərinizi bilirəm.

 

/Deyerler.org/

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده