خبرگزاری شبستان

دوشنبه ۴ تیر ۱۳۹۷

الاثنين ١٢ شوّال ١٤٣٩

Monday, June 25, 2018

Servis xəbərlərinin titri

Azərbaycanda “İran mədəniyyət həftəsi” keçiriləcək

Şəbistan Xəbər Agentliyi: İran İslam Respublikasının Azərbaycan Respublikasında mədəniyyət həftəsi İranın islami mədəniyyət və irşad naziri və ölkəmizin bir qrup incəsənət xadiminin iştirakı və müxtəlif mədəni proqramların icra edilməsi ilə Bakıda və Gəncədə başlanacaq.

Servis Əsas səhifə Zaman :   Sunday, January 07, 2018 Xəbər kodu : 32136

İğtişaşlar elə bir hədd deyildi ki, hərtərəfli mübarizə baş versin
Şəbistan Xəbər Agentliyi: Ali Dini Rəhbərin SEPAH üzrə nümayəndəsinin müşaviri: “İğtişaşlar elə bir hədd və miqyasda deyildi ki, bütün təhlükəsizlik qüvvələrini hərtərəfli və genişmiqyaslı əməliyyatlarına ehtiyac olsun”.

 

Ali Dini Rəhbərin İran İslam İnqilabı Keşikçiləri Korpusundakı ( SEPAH) nümayəndəsinin müşaviri general- mayor Yədullah Cavani Şəbistan Xəbər Agentliyinə eksklüziv müsahibə verdi.

 

 

 

General - mayor verdiyi müsahibədə SEPAH - ın İran Daxili İşlər Naziriliyinə tabe qüvvələrlə birlikdə son iğtişaşların yatırılması və vəziyyətə nəzarətin təşkilində iştirak etməsi barəsində bunları dedi: “İran İslam Respublikası hüquq- mühafizə orqanlarının əməkdaşları yüksək hazırlıq və vəziyyətə tam nəzarət etmək iqtidarına malikdirlər. İran İslam İnqilabı Keşikçiləri Korpusu da lazim bildiyi yerlərdə meydana daxil olacaqdır”.

 

 

 

Müsahibimiz qanun keşikçiləri və hüquq- mühazifə orqanlarının vaxtında və layiqincə provokasiyaların qarşısını aldığını bildirərək vurğuladı: Daxili İşlər Nazirliyinin qüvvələri lazımınca və tam iqtidarla iğtişaşçılara qarşı mübarizə apardı. Xalqı və könüllülər də (BƏSİC) hüquq – mühafizə orqanlarına kömək etdilər.

 

 

 

Ali Dini Rəhbərin SEPAH üzrə nümayəndəsinin müşaviri sonda tam əminliklə qeyd etdi: “İğtişaşlar elə bir hədd və miqyasda deyildi ki, bütün təhlükəsizlik qüvvələrini hərtərəfli və genişmiqyaslı əməliyyatlarla onun qarşısını almasına ehtiyac olsun”.

 

 

 

Qeyd edə ki, ötən günlərdə İranın bir neçə şəhərində xalq aksiyalar təşkil etmək və şüarlar verməklə iflas etmiş maliyyə müəssisələrində pulları batan insanların vəziyyətinə aydınlığın gətirilməməsi, bəzi gündəlik tələbat mallarının bahalaşması və yaranmış vəziyyətə dövlət nəzarətinin zəifliyinə etiraz etmişdi. Amma, bu etiraz aksiyalarından bəzisi xarici ölkələrin himayəsi altında fürsət ardınca olan ünsürlər tərəfindən iğtişaşa sürüklənmişdi.

 

 

 

ABŞ, İsrail rejimi və Səudiyyə rejimi başçıları habelə, əcnəbi medialar bu etiraz aksiyalaraından sui-istifadə edərək, aksiyaları iğtişaş və xaosa doğru istiqamətləndirməyə çalışıblar. Amma, İran xalqı çərşənbə günündən etibarən müxtəlif şəhərlərdə geniş yürüşlər təşkil edərək, düşmənlər və fürsət ardınca olan iğtişaşçılara qarşı öz qəzəb və nifrətlərini bəyan edir

 

 

http://shabestan.ir/detail/News/680658

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده