خبرگزاری شبستان

پنج شنبه ۷ بهمن ۱۴۰۰

الخميس ٢٤ جمادى الثانية ١٤٤٣

Thursday, January 27, 2022

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Sunday, January 7, 2018 Xəbər kodu : 32132

Arifanə intizar yəni, Allahdan uzaq olma dərdinə təskinlik vermək üçün Allahın vəchi ilə görüşmə şövqi
Şəbistan xəbər agentliyi: Arifanə intizar yəni, ilk öncə müntəzir bu dünyadan xilas olub Allahın görüşünə müştaq olmalıdır İkincisi, bu günki dünyada zindanda çətinlikdəyik və Allahla uzaq olduğumuza görə yanırıq, müntəzirik ki, Allahın vəlisi gəlsin ki, onu görməklə dərdimiz bir az təskinlk tapsın və………..

Şəbistan xəbər agentliyinin verdiyi xəbərə görə Höccətül-islam Pənahiyan “Avamcasına, alimanə və arifanə intizar” kitabında yazır:

 İbadət və vilayətin o qədər sıx bağlılığı var ki, bir tərəfdən vilayət olmadan namaz qəbul deyil, bir tərəfdən də hər bir qəbul olunmuş namaz vilayəti daha da artırır. Bir tərəfdən Allaha məhəbbət Allahın vəlisinə olan məhəbbətə sirayət edir. Digər tərəfdən isə imamların (əleyhimus salam) vilayəti insanı ubudiyyətin ən yüksək təbəqəsinə çıxarır. Necəki İmam Sadiq (ə) buyurur:

«وَلایَتُنا وَلایةُ اللهِ الَّتی لَم یَبعَث نَبیّاً قطُّ الَّا بِها».

“Bizim vilayətimiz Allahın vilayətidir. Allah heç bir peyğəmbəri ondan başqası ilə məbus etməyib.

 Buna görə də biz bu dünyada Allahın ayrılığına düçar olduğumuza görə Allahın vəliləri öz vücudları ilə bu ayrılığı asanlaşdırırlar. Bizə Allahın görüşünə çatmaqda yardım edirlər. Amma insan bu dünya gələndə onun problem yalnız Allahdan uzaq olmaq deyildi ki, Allah vəlisi bunu aradan qaldırsın. Bəlkə ikinci problem də vardır. O da zalım və müstəkbir insanların digər insanlara rəva bildiyi zülmlər və azğınlıqlardır. Zalımların bu işləri dünya çətinliklərinin daha da ağırlaşmasına və insanların Allaha tərəf olan hərəkətinin çətinləşməsinə səbəb olur. http://shabestan.ir/detail/News/680887

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده