خبرگزاری شبستان

شنبه ۳۰ دی ۱۳۹۶

السبت ٤ جمادى الأولى ١٤٣٩

Saturday, January 20, 2018

Servis xəbərlərinin titri

ABŞ-ın Hizbullaha qarşı ittihamları zalımanə və əsassızdır

Şəbistan Xəbər Agentliyi: Livanın Hizbullah Hərəkatının baş katibi Seyid Həsən Nəsrullah paytaxt Beyrutda təşkil olunan Kuneytra şəhidlərinin ildönümü mərasimində etdiyi çıxışında mühüm açıqlamalar verib.

Servis Əsas səhifə Zaman :   Sunday, January 07, 2018 Xəbər kodu : 32127

Heç bu barədə düşünmüsünüzmü?
Səhər evdən çıxanda köynəyinin yaxasını düymələyən zaman onu kimin açacağı barədə düşünmüsünüzmü? Bəlkə o düymələri mürdəşir açacaq? Diksinməyin. Qorxmaq da lazım deyil. Sadəcə reallıqdır.

Səhər evdən çıxanda köynəyinin yaxasını düymələyən zaman onu kimin açacağı barədə düşünmüsünüzmü? Bəlkə o düymələri mürdəşir açacaq? Diksinməyin. Qorxmaq da lazım deyil. Sadəcə reallıqdır. Gündəlik həyatımızda bəzən o qədər başımızı dünya işlərinə qatırıq ki, bir an belə axirət yadımıza düşmür. Bəlkə də namaz vaxtı az da olsa axirəti xatırlayırıq. Amma...

“Ölüm qaş ilə göz arasındadır” deyib müdriklər. Bizim üçün isə qaşla göz arasındakı məsafə sanki Yer kürəsi ilə Günəş arasındakı məsafə qədərdir. Ölümü özümüzə yaxın buraxmamaq fikri bir çox yerlərdə özünü göstərir. Məsələn, vəfat edən adamın yanına cavan adamı buraxmamaq ənənəsi var. Sanki cavan heç bir zaman ölməyəcək. Yaxud bir çoxları ölüm haqqında danışanda diksinir, “söhbəti dəyiş” deyirlər. Amma hər gün çiyinlər üstündə gedən cənazələrə baxanda bir dəfə o tabutda özümümzün olacağını ağlımıza belə gətirmirik. Sanki həmişə başqaları öləcək.

“Qəfildən öldü”, “Gözümüzün qabağında getdi”, “20 dəqiqə əvvəl danışmışdıq” kimi sözləri eşidirk vəfat edən insanlar barəsində. Deməli, cənabi Əzrail (ə) heç kimə güzəşt etmir. Allahın əmri gələn zaman canımızı alır. Ancaq...

Ölümə hazırıqmı? Hər an ölə biləcəyimizi bilirikmi? Ölüm səfərinə tədarük görmüşükmü? Yol azuqəmiz hazırdırmı? Heç olmasa bu suallara cavab tapa bilərikmi? Mən hələ qəbirin ilk gecəsi olunacaq sorğu-sualdan, Qiyamət gününün imtahanından danışmıram.

“Ölüm həyatın sonu deyil, yeni bir başlanğıcdır” deyib müdrüklər. Bizim üçün isə həyat hər zaman başlaya bilər. Ana bətnində doğulmağına saatlar qalan uşaq kimi ölüm mələyi də bizə o qədər yaxındır. Bunun isə yaşı yoxdur. Odur ki, hərdən səhər evdən çıxanda paltarımızı geyinəndə onu kimin soyunduracağı barədə də düşünək...

Orxan Əli

İslam.az üçün

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده