خبرگزاری شبستان

شنبه ۳۰ دی ۱۳۹۶

السبت ٤ جمادى الأولى ١٤٣٩

Saturday, January 20, 2018

Servis xəbərlərinin titri

ABŞ-ın Hizbullaha qarşı ittihamları zalımanə və əsassızdır

Şəbistan Xəbər Agentliyi: Livanın Hizbullah Hərəkatının baş katibi Seyid Həsən Nəsrullah paytaxt Beyrutda təşkil olunan Kuneytra şəhidlərinin ildönümü mərasimində etdiyi çıxışında mühüm açıqlamalar verib.

Servis Əsas səhifə Zaman :   Saturday, January 06, 2018 Xəbər kodu : 32120

Müsəlmanlara veto hüququ verməyən Təhlükəsizlik Şurasına etibar yoxdur
Şəbistan Xəbər Agentliyi: Xalq bahaçılıga və bir sıra daxili problemlərə etiraz edir, lakin bununla yanaşı heç bir zaman xarici qüvvələrin və yadellilərin ölkənin daxili işlərinə qarışmasına icazə verməyəcəkdir.

 

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komisiyasının üzvü Məhəmməd Həsən Asfəri Şəbistan Xəbər Agentliyinə verdiyi eksklüziv müsahibədə dünən BMT Təhlükəsizlik Şurasın (TŞ) İranda baş verən daxili iğtişaş və provokasiyalar, o cümlədən də xalqın etirazları ilə baglı keçirdiyi iclasına toxunaraq dedi: Bu gün təəssüflər olsun ki, BMT TŞ dünyada sayı bir milyard yarımdan çox olan müsəlmanlara veto haqqı vermir. Onlar öz haqqlarını müdafiə edə bilmirlər. Bu şura Miyanma müsəlmanları, Bəhreyn, Suriya müsəlmanlarına qarşı törədilən ciyanətlər qarşısında sükut etdi. Terrorçularla mübarizə üçün heç bir səy göstərmədi.

 

 

 

Bu şura Ərəbistanın ona maddi yardım göstərməməsi qorxusundan Riyazın Yəməndə törətdiyi cinayətlərə reaksiya vermir. Ümumiyyətlə, bu xüsusiyyətlərə malik olan bir şura bitərəflilik jesti verə, bitərəf obrazını nümayiş etdirə bilməz.

 

 

 

Daha sonra Amerikanın İranın daxili işlərinə müdaxiləsindən danışan parlamentar dedi: Amerikanın bu rəftarları ip kimi uzanır və təkrar olunur. BMT Təhlükəsizlik Şurası Səddam rejimi İrana qarşı kimyavı silahdan istifadə edəndə, Amerika İranın sərnişin təyyarələrini vuranda sakit qaldı. Buna görə də İranın daxili işlərinə heç vaxt müdaxilə edə bilməz.

 

 

 

Xalq bahaçılıga və bir sıra daxili problemlərə etiraz edir, lakin bununla yanaşı heç bir zaman xarici qüvvələrin və yadellilərin ölkənin daxili işlərinə qarışmasına icazə verməyəcəkdir. Çünkü xalq inqilab və quruluşun himayəçisidir.

 

 

 

http://shabestan.ir/detail/News/680649

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده