خبرگزاری شبستان

دوشنبه ۴ تیر ۱۳۹۷

الاثنين ١٢ شوّال ١٤٣٩

Monday, June 25, 2018

Servis xəbərlərinin titri

Azərbaycanda “İran mədəniyyət həftəsi” keçiriləcək

Şəbistan Xəbər Agentliyi: İran İslam Respublikasının Azərbaycan Respublikasında mədəniyyət həftəsi İranın islami mədəniyyət və irşad naziri və ölkəmizin bir qrup incəsənət xadiminin iştirakı və müxtəlif mədəni proqramların icra edilməsi ilə Bakıda və Gəncədə başlanacaq.

Servis Əsas səhifə Zaman :   Saturday, January 06, 2018 Xəbər kodu : 32117

Azərbaycanlı deputat: İranda baş verənlər bu ölkənin daxili məsələləridir
İranda baş verən hadisələr onların daxili işidir. İran cəmiyyətinin kifayət qədər potensialı var ki, ölkəsinin problemlərini həll etsin.

Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü deyib: İranda baş verən hadisələr onların daxili işidir. İran cəmiyyətinin kifayət qədər potensialı var ki, ölkəsinin problemlərini həll etsin.

İRİB-in Bakıdakı ofisinin verdiyi məlumata görə, Report.az informasiya agentliyi Aydın Mirzəzadənin İrandakı son hadisələr haqda fikrini öyrənib. Milli Məclisin deputatı İranın daxili işlərinə qarışmağı pisləyib və deyib: Biz hər hansı formada qonşu və dost ölkənin daxili işlərinə qarışmağın, bu və ya digər formada hansısa siyasi qüvvənin dəstəklənməsinin əleyhinəyik.

Mirzəzadə əlavə edib: Hakim Yeni Azərbaycan Partiyası İranın yaşanan problemlərdən qısa bir zamanda çıxacağına inanır. İran qədim dövlətçiliyə malik olan ölkədir, Azərbaycanla mehriban qonşuluq münasibəti var. Arzu edirik ki, İranda tezliklə vətəndaş həmrəyliyi və stabillik əldə edilsin.

YAP rəsmisi qeyd edib ki, İranda baş verənlər heç bir formada Azərbaycana təsir edə bilməz: “Biz qonşu ölkələr olsaq da, hər birimizin inkişafı fərqli mərhələlərdən keçib. Müstəqil olduğumuz 27 il ərzində bir-birimizin daxili işlərinə qarışmamışıq, eyni zamanda mehriban qonşuluq siyasəti üzərində münasibətlərimizi qurmuşuq.

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده