خبرگزاری شبستان

چهارشنبه ۲۸ شهریور ۱۳۹۷

الأربعاء ٩ المحرّم ١٤٤٠

Wednesday, September 19, 2018

Servis xəbərlərinin titri

Livanın Hizbullah hərəkatının baş katibi Seyid Həsən Nəsrullah:

Trampın müharibə, xarabalıq və kütləvi qırğınla heç bir problemi yoxdur

Şəbistan Xəbər Agentliyi: Trampı müharibə və soyqırımla bağlı heç bir problemi olmayan dünyaya vurğun birisi kimi səciyyələndirən Seyid Həsən Nəsrullah, mərasimdə iştirak edən veteranlar və yaralılara belə müraciət edib: “Sizlər bu istiqamətdə (zülmlə mübarizədə) baş verənlərin canlı şahidisiniz”.

Servis Əsas səhifə Zaman :   Saturday, January 06, 2018 Xəbər kodu : 32114

İranda baş verənlər; xarici qüvvələr, yoxsa xalq üsyanı – Təhlil
İran dəfələrlə belə çətinliklərlə üzləşib və qısa zamanda hər şeyi qaydasına qoyub. Bu dəfə də eyni proses olacaq.

İranla bağlı son dəqiqə xəbərləri bir-birinin ardınca gəlir. Ötən həftədən etibarən İranın Məşhəd və Kirmanşah şəhərlərində başlayan xalq üsyanı qısa vaxtda böyüyərək böyük şəhərlərə də sirayət etdi. İğtişaşlar zamanı 20 nəfərdən çox insan hayatını itirdi. Təbii ki, bunlara qarşılıq da bir çox şəhərdə dövlətə dəstək aksiyaları keçirildi. Sepahın əsgərləri xalqa gül payladı.

 

İran dəfələrlə belə çətinliklərlə üzləşib və qısa zamanda hər şeyi qaydasına qoyub. Bu dəfə də eyni proses olacaq. Məncə İran özünə gələndən sonra məsələnin kökündə olan qüvvələrə qarşı lazımlı (hərbi ya siyasi) addımlar atacaq. Qüds kimi beynəlislam problemin gündəmə gəldiyi bir dönəmdə, İslam dünyasının bu məsələyə görə toplanıb müəyyən qərarlar aldığı və İran İnqila Keşikçiləri Korpusunun Qüds Qüvvələri briqadasının komandanı Qasim Süleymaninin HƏMAS-a “hər cür dəstək verməyə hazırıq” bəyanatını verdiyi bir vaxtda iğtişaşlar baş qaldırdı. Məsələyə sadəcə xalqın problemləri deyib üstündən keçmək olmaz.

Bir az əvvələ baxsaq nə görərik? Yaxın Şərqdə məğlubiyyətin dadı damağında qalan Qərb bunu Qüds addımı ilə unutdurmağa çalışdı. İrimiqyaslı etirazları görüncə daha fərqli addımlar atmağa başladı. Sonra məlum hadisələr… Ən güclü mənəm deyən birinin məğlub olmasının “acıq çıxma” siyasəti aparması məncə normaldır(!)

Həmin ərəfədə Fələstin üçün coğrafi baxımdan mühüm rol oynayan İordaniya da yadda qalan formada Qüdsə dəstək vermişdi. Lakin çox keçmədi İordaniya barədə çevriliş xəbərləri yayıldı.

İrandakı hadisələri araşdırsaq iğtişaşçılara açıq dəstək verən ABŞ və İsraillə daim eyni mövqedə olan Səudiyyənin də əli hansısa daşın altından çıxacaq. İslam dünyasının keçirdiyi Qüds toplantısına qoşulmayan bu ölkə dəfələrlə İranın cənubundakı terrorçu “çete”lərinə ‘irəli!’ əmri verib və günahsız insanların həyatına son qoyub. Yeri gəlmişkən Əhvaz şəhərində keçirilən əks aksiyalarda “Səudiyyəyə ölüm” şüarı səsləndirilib. Əks addım siyasətində yer alacaq ölkələrdən biri də Səudiyyə olmalıdır.

Zəmanənin ən rəzil dövlət başçısı İrandakı etirazçılara “Arxanızdayıq”, “Rejimin sonu gəldi” tipli paylaşımları ilə xarici qüvvələrin əsl simasını açmaqla yanaşı, gəminin kimlər tərəfindən idarə olunmasını da ortaya qoymuş oldu. Etirazçılar zahirdə daxili problemlərdən ibarət şüarlar səsləndirir. Əslində isə xarici qüvvələr olmadan İranda bunu etmək mümkün deyil. Sonuncu dəfə 2009-cu ildə buna bənzər irimiqyaslı etirazlar olmuşdu. Onun da sonradan qərb dəstəkli olması həm sənədlərlə, həm də etiraflarla təsdiqini tapmışdı.

Burada maraqlı bir nüans var. Daxili problemlərdən ibarət şüarlar, bahaçılıq və iqtisadi problemləri dilə gətirən üsyançılar İmamzadələrin ziyarətgahlarını niyə hədəfə alır?  Məsələ burasındadır ki, qarışıqlığı böyütmək üçün lazım olan iki amilin ikisinə də əl atırlar. Qan tökmək və hökuməti qıcıqlandırmaq. Qarşıdurmalar zamanı öldürülən 11 yaşlı uşaq da, polis əməkdaşları da, etirazlara qarşı çıxan sivil vətəndaşlar da iğtişaşçıların ağılsız hərəkətlərinin qurbanı oldu.

Məsələdə əsas rol oynayan daha bir amil prezidentliyi dövründə dövlətin ruhunu qoparan Ruhani və komandasıdır. May ayında keçirilən seçkilərdə iqtsadi problemləri həll edəcəyi barədə xalqa söz verən Ruhani sözünün üstündə durmadı. Yadınızdadırsa ilk seçilən dövrlərində əvvəl Obamanın əlini sıxdı və tənqidlərə məruz qaldı. Ardından BMT və məğlubiyyətlə nəticələnən Nüvə sazişi ilə zərbə vurmuş oldu. Zənnimcə hadisələr yatandan sonra onunla bağlı növbədənkənar addımlar atılacaq.

Bu arada İranda məsələlər artıq sakitliyə doğru gedir. Türkiyənin məşhur saytlarındakı köşə yazıları fevral ayında 39-cu il dönümünü qeyd edəcək İran inqilabını çökdürüb, yeni inqilabı “kutlayırlar”. Azərbaycandakı qurd davamçıları isə “srok”u keçmiş görüntülərlə böyük Turan qurmaqla məşğuldurlar.

 

Jurnalist Elçin Həsənli

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده