خبرگزاری شبستان

سه شنبه ۳ اردیبهشت ۱۳۹۸

الثلاثاء ١٨ شعبان ١٤٤٠

Tuesday, April 23, 2019

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Monday, December 25, 2017 Xəbər kodu : 32001

Ruhanilərin məsuliyyəti daha da agırlaşmışdır
Şəbistan Xəbər Agentliyi: Ayətullah Məhəmməd Məhəmmədi Reyşəhri ruhanilərə: Dünya məhəbbəti dində xəstəlik və mikrobdur. Alimlər bu xəstəliyin həkimləridirlər. Əgər dünyaya üz gətirdiniz və məqsədiniz dünya əldə etmək oldusa, deməli İmam Hüseyn (ə)-ın amalından uzaq düşmüsünüz.

 

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, Ayətullah Məhəmməd Məhəmmədi Reyşəhri dünən Tehran imam camaatları və ruhaniləri ilə görüşündə dedi: Xüsusən bugünki şəraitdə şiə alim və ruhanilərin vəzifələrindən biri ölkənin dini təlim və ideyalarına sadiq qalmaqdır.

Keçmişlə müqaisədə bugünki dövürdə bizim vəzifə məsuliyyətimiz daha da agırdır. Bu gün ruhanilərin üzərinə düşən, çiyinlərində gəzdirdikləri məsuliyyət hətta tarix boyu da görsənməmişdir. Bizim ən ümdə vəzifə və məsuliyyətimiz Allahın sözlərini, dinin ilahi göstərişlərini xalqa çatdırmaqdır. Ruhani libası, bir məna və hərəkət olaraq, dini təblig etmək, ilahi təlimləri xalqa çatdırmaq simvol və nişanəsini daşıyır.

 

Gənclərin məscidə cəlb edilməsinə ciddi yanaşın. Dolgun və yerində edilmiş çıxışlarınızın kənarında onlar ilə səmimi əlaqələr də qurun. Belə edərsinizsə, onlar dini daha yaxından dərk etmək fürsəti əldə etmiş olarlar.

 

Çıxışlarınızda öz hədəflərinizi və məqsədlərinizi müəyyən edin. Mütaliə və araşdırmadan sonra mənbərə qalxın. Heç vaxt dünya sizin məqsədiniz olmamalıdır. Bu yolda yalnız Allah üçün çalışmalısınız.

Dünya yalnız puldan və madiyyatdan ibarət deyildir.

 

Şöhrət insanı Allahdan uzaqlaşdırır və onu öz hədəf və məqsədlərindən saxlayır. Məqsədiniz yalnız Allahın razılıgı olarsa, daxilinizdə xüsusi bir nuraniyyət və işıq hiss edəcəksiniz.

 

Dünya məhəbbəti dində xəstəlik və mikrobdur. Alimlər bu xəstəliyin həkimləridirlər. Əgər dünyaya üz gətirdiniz və məqsədiniz dünya əldə olarsa, deməli İmam Hüseyn (ə)-ın amalından uzaq düşmüsünüz.

 

http://shabestan.ir/detail/News/678444

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده