خبرگزاری شبستان

سه شنبه ۲۲ آیان ۱۳۹۷

الثلاثاء ٥ ربيع الأوّل ١٤٤٠

Tuesday, November 13, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Monday, December 25, 2017 Xəbər kodu : 31997
Ayətullah Məhəmmədi Reyşəhri
Tövhid insanın dünya və axirət səadətinin əsasıdır
Şəbistan xəbər agentliyi: Xobrəqan məclisinin nümayəndəsi tövhidin insanın dünya və axirət səadətinin əsası olduğuna işarə edərək dedi: Tövhid insanın qəlbində kök salmalıdır. Nəfsani istəklər insanın məbuduna çevrilməməlidir.

Şəbistan xəbər agentliyinin jurnalistinin verdiyi xəbərə əsasən, Həzrət Əbdül-Əzim Həsəninin müqəddəs Astanının rəhbəri və Xobrəqan məclisinin nümayəndəsi Ayətullah Məhəmməd Məhəmmədi Reyşəhri keçən gecə Rey şəhərinin böyük müsəllasında mübarək Bəqərə surəsinin təfsirini deyərkən dedi: Əgər insan Quranın ona göstərdiyi yolla hərəkət etsə, dünya və axirət səadətinə nail olar.

O, əlavə etdi ki, Peyğəmbər (s) camaatı aşkar surətdə İslam dininə dəvət etdiyi ilk illərdə şəxsən özü tayfaların və onların başçılarının yanına gedir və buyururdu: “ Tövhid kəlməsini dilinə gətirən hər bir şəxs xoşbəxt olar”.

O, “fəlah” kəlməsinə işarə edərək dedi: Peyğəmbər (s) “fəlah” kəlməsinin xüsusiyyətlərindən birinə işarə edərək buyurdu: “Tövhid kəlməsini dilinə gətirən hər bir şəxs başqa ərəblərə sərvər olar. Başqa tayfalar onlara təslim olar. Həmçinin onlar qeyri ərəblərə də üstünlük taparlar. Buna görə də “La ilahə illəllah” kəlməsinin xasiyyəti odur ki, bu kəlmə insanın qəlbinə nüfuz etdiyi təqdirdə, Allah onu dünyada yaşayan bütün insanların maliki və sərvəri qərar verər.

O, bu gün milyarddan artıq müsəlmanın tövhid kəlməsini dillərinə gətirdikləri halda xoşbəxt olmamalarından əlavə, neçə milyon sehyonizmin qarşısında belə müqavimət göstərə bilmirlər sualının cavabında dedi: “La ilahə illəllah” kəlməsini demək birinci addımdır. Bu dilin lağlağasına çevrilməməlidir. Tövhid kəlməsi insanın qəlbində kök salmalıdır. Bu önəmli məsələ həyata keçməsə artıq bu kəlmənin heç bir təsiri olmayacaq.http://shabestan.ir/detail/News/678379

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده