خبرگزاری شبستان

سه شنبه ۳ اردیبهشت ۱۳۹۸

الثلاثاء ١٨ شعبان ١٤٤٠

Tuesday, April 23, 2019

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Monday, December 25, 2017 Xəbər kodu : 31994

Bu gün İsa (ə) peyğəmbərin doğum günüdür
Xristian dininin əksər qolları, eləcə də əksər islam alimləri İsa peyğəmbərin (ə) miladdan əvvəl 6-4-cü illərdə dekabrın 25-də Fələstinin Beyt-Ləhm şəhərində dünyaya gəldiyini deyirlər.

Xristian dininin əksər qolları, eləcə də əksər islam alimləri İsa peyğəmbərin (ə) miladdan əvvəl 6-4-cü illərdə dekabrın 25-də Fələstinin Beyt-Ləhm şəhərində dünyaya gəldiyini deyirlər.

İslam.az xəbər verir ki, xristian aləmində qəbul edilmiş iki təqvim - Qriqorian və Yulian təqvimlərinə əsasən, İsa peyğəmbərin (ə) doğum günü iki fərqli gündə keçirilir. Lakin əksəriyyət doğum gününün bu günə təsadüf etdiyi qənaətindədir.

İsa peyğəmbərin (ə) həyatı bütün insanları, eləcə də müsəlmanları heyrətləndirir. Onun doğum anlarında baş verən qeyri-adi hadisələr və möcüzələr daha çox Qurani-Kərimdə təsvir olunub. Müqəddəs kitabda İsanın (ə) beşikdə ikən dil açıb insanlarla danışması qeyd edilir.

Qeyd edək ki, bu, xristianların müqəddəs kitabı olan İncildə kifayət qədər geniş göstərilməyib. Quranın "Məryəm" surəsində İsa peyğəmbərin (ə) dünyaya gəlişindən geniş danışılır. Kitabda Onun öz elçiliyini sübuta yetirmək üçün göstərdiyi möcüzələr, verdiyi şəfalar və duaları əks olunur. İsa peyğəmbər (ə) haqqında Qurani-Kərimdə olduğu qədər heç bir mənbədə məlumat yoxdur.

Bütün bunlara baxmayaraq, müsəlmanlar İsanı (ə) Allahın peyğəmbəri kimi tanıyır, onun Allahın oğlu olmasını əsla qəbul etmirlər.

İsa peyğəmbərin (ə) doğum günündə çoxsaylı xristian və müsəlman zəvvar Onun doğulduğu Beyt-Ləhmə gedir.

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده