خبرگزاری شبستان

پنج شنبه ۱۱ آذر ۱۴۰۰

الخميس ٢٧ ربيع الثاني ١٤٤٣

Thursday, December 2, 2021

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Monday, December 25, 2017 Xəbər kodu : 31991

Allahdan qorxmaq deyildikdə, nə nəzərdə tutulur
Allahdan qorxmaq dedikdə, o demək deyildir ki, nəuzubillah, Uca Yaradan qorxulu bir varlıqdır. Bəs İlahi xof, deyildikdə nə nəzərdə tutulur?

Allahdan qorxmaq dedikdə, o demək deyildir ki, nəuzubillah, Uca Yaradan qorxulu bir varlıqdır. Bəs İlahi xof, deyildikdə nə nəzərdə tutulur?


Şübhəsiz ki, İlahi xof deyildikdə, məqsəd hər şeyi bilən və hər şeydən agah olan Allahın əzəmət və qüdrətini dərk etmək halından qaynaqlanan bir hissidir. Allahı qadir bilmək və hər bir məxluqun Xaliqi bilməkdir.


Quran müxtəlif ayələri sayəsində bu hissi bizə tanıtmağa çalışmışdır. O cümlədən:
“Allahdan öz bəndələri içərisində ancaq alimlər qorxar. Həqiqətən, Allah (hər bir işdə) yenilməz qüdrət sahibi və bağışlayandır”. (“Fatir” 28).


“Musanın qəzəbi yatdıqda(n sonra) o, (Tövratın) lövhələri(ni) götürdü. Onun yazılarında Rəbbindən qorxan kəslər üçün hidayət və rəhmət var idi”. (“Əraf” 154).


“Möminlər yalnız o kəslərdir ki, Allah zikr olunduqda qəlbləri qorxar, Onun ayələri onlara oxunan zaman imanlarını artırar və daim öz Rəbblərinə təvəkkül edərlər”. (“Ənfal” 2).


“(Allahdan) qorxmaq qabiliyyətinə malik olan şəxs, tezliklə öyüd-nəsihət alacaqdır”. (“Əla” 10).


«Və şübhəsiz, onlardan sonra həmin vilayətdə sizi yerləşdirəcəyik. Bu (vəd), Mənim məqamımdan (Mənim cəlal, əzəmət və ədalətimdən, ya Qiyamət günü Mənim hüzurumda durmaqdan) qorxan və Mənim hədələrimdən çəkinən kəs üçündür». (“İbrahim” 14).


“Rəbbinin hökmranlığından və (hər şeyi) əhatə etməsindən və ya özünün Rəbbinin hüzurunda dayanmasından qorxan kəs üçün iki cənnət vardır”. (“Rəhman” 46).


“Amma kim öz Rəbbinin məqamından, Onun hüzurunda durmaqdan qorxub və nəfsini həvayi-həvəsdən saxlamışsa, şübhəsiz, onun yeri Cənnətdir”. (“Naziat” 40-41).


Qüdsi hədisdə oxuyuruq: “İzzətimə and olsun! Əgər Mənim bəndəm dünyada özünü Məndən amanda görərsə (yəni, Məndən qorxmazsa), onu Qiyamət günü xofa düçar edərəm. Əgər bu dünyada Məndən qorxarsa, Qiyamət günü onu amanda qərar verərəm”.


Beləliklə deyə bilərik ki, xof – o hissdir ki, insan Allahın əzəmətini dərk etdikdən sonra onda meydana gələr. İnsan Allahı hər şeyə qadir və əməllərinə nazir bilər. Onun hakimiyyətindən heç kəsin qaça bilmədiyini başa düşər və dərk edər ki, Allahın hər bir gizlidən və aşkardan xəbəri vardır. Heç bir şey Onun gözündən uzaq deyildir. Heç bir xata və səhv Onun nəzərindən uzaq deyildir. (Həvzəh)


Ona görə də xofu olan insan özünü toplayar və çalışar ki, bu qadir Allahın qarşısında müti olsun və Ona itaətsizlik etməsin. İlahi xof onu Allaha yaxınlaşdırar və qürb məqamına çatmasına yardım edər.
/Deyerler.org/

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده