خبرگزاری شبستان

دوشنبه ۸ آذر ۱۴۰۰

الاثنين ٢٤ ربيع الثاني ١٤٤٣

Monday, November 29, 2021

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Saturday, December 16, 2017 Xəbər kodu : 31903
Məhdəviyyət ayələri;
«أَنَّ الْأَرْضَ يَرِثُهَا عِبَادِيَ الصَّالِحُونَ» -ayəsinin mənası
Şəbistan xəbər agentliyi: Bütün dinlərin inancı budur ki, xilaskar gələcək. Buna İmam Zamanın (ə) ziyarətnaməsində İmam Zamana (ə) belə xitab olunur: السَّلامُ عَلیَ مَهدِیِّ الاُمَم Salam olsun bütün ümmmətlərin intizarını çəkdiyi İmam Mehdiyə. Burda yalnız müsəlmanlar nəzərdə tutulmur.

Şəbistan xəbər agentliyinin Məhdəviyyət bölməsi: Qurani-kərimin mübarək Ənbiya surəsinin 105-ci ayəsində buyurulur:

وَلَقَدْ كَتَبْنَا فِي الزَّبُورِ مِنْ بَعْدِ الذِّكْرِ أَنَّ الْأَرْضَ يَرِثُهَا عِبَادِيَ الصَّالِحُونَ؛

   Həqiqətən Biz (Lövhi-Məhfuzdan sonra bütün səma kitablarında), Zikrdən (Musanın Tövratından) sonra (Davudun) Zəbur(un)da (və bu kitabların hamısından sonra Qur’anda) yazdıq və qərara aldıq ki, bu yerin varisi (sahibi, hakimi və bərəkətlərindən tam istifadə edən) Mənim saleh bəndələrim olacaqlar (və bunları qəsbkarların və zalım rəhbərlərin əlindən alıb ədalət imamları və onların canişinlərinə ötürəcəklər).

 Zəbur sözü ərəb dilində hər bir yazı və ya kitaba deyilir. Necəki Quranda gəlmişdir:

وَكُلُّ شَيْءٍ فَعَلُوهُ فِي الزُّبُر

Onlar nə ediblərsə (əqidə və əməlləri nə olubsa) yazılarda (onların şəxsi əməl dəftərində və ümumi Lövhi-məhfuzda) qeyd edilmişdir.

 Bəzi alimlərin fikrincə Zəburdan məqsəd bütün səmavi kitablardır. Bu mənaya əsasən ayənin mənası belə olacaq: Qurandan əlavə bütün səmavi kitablarda yazdıq ki, yerin varisləri mütləq saleh bəndələr olacaq.

 İmam Sadiqdən (ə) zəbur və zikr haqda soruşdular. İmam buyurdu: Zikir Allah yanında zəbur isə Davuda (ə) nazil olan kitab və bütün nazil olmuş səmavi kitablardır. Bunlar elm əhlinin yanındadır və elm əhli biz Əhli-beytik (ə).  http://shabestan.ir/detail/News/672507

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده