خبرگزاری شبستان

سه شنبه ۲۲ آیان ۱۳۹۷

الثلاثاء ٥ ربيع الأوّل ١٤٤٠

Tuesday, November 13, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Friday, December 15, 2017 Xəbər kodu : 31885

Tehran cümə namazı xütbələri
Şəbistan Xəbər Agentliyi: Tehranın bu həftəki cümə namazı xətibi höccətül-islam Kazım Siddiqi:"İslam ölkələri Qüdsün müdafiəsində bəyanat verməklə kifayətlənməməlidirlər. ABŞ prezidentinin qərarı ilə mübarizə aparmaq üçün bu ölkənin səfirliklərinin bağlanılması və məhsullarının boykot edilməsi münasib yollardan sayılır. Bütün islam ölkələri İsrail və ABŞ istehsalı olan məhsulları boykot etməlidirlr. Yalnız belə olarsa ABŞ öz qanunsuz əməllərindən və tərbiyəsizliyindən əl çəkər."

Şəbistan Xəbər Agentliyinin məlumatına görə, Tehranın müvəqqəti imam cüməsi deyib: İslam ölkələri Qüdsün müdafiəsində bəyanat verməklə kifayətlənməməlidirlər. ABŞ prezidentinin qərarı ilə mübarizə aparmaq üçün bu ölkənin səfirliklərinin bağlanılması və məhsullarının boykot edilməsi münasib yollardan sayılır.

 

Tehranın müvəqqəti imam cüməsi höccətül-islam Kazım Siddiqi deyib: Bütün islam ölkələri İsrail və ABŞ istehsalı olan məhsulları boykot etməlidirlr. Yalnız belə olarsa ABŞ öz qanunsuz əməllərindən və tərbiyəsizliyindən əl çəkər.

 

Siddiqi sözlərinə belə davam edib: "ABŞ prezidenti Donald Trampın Qüdsü sionist rejimin paytaxtı olaraq tanıması bu qondarma rejimə legitimlik vermək məqsədi daşıyır. BMT öncə 2 qətnamədə işğalçı İsrail rejiminə legitimlik verməklə yanaşı, Qüdsün fələstinlilərə məxsus olduğunu və İsrail tərəfinədn işğal edildiyini bildirib."

 

Siddiqi əlavə edib: BMT öncə 2 qətnamədə işğalçı İsrail rejiminə legitimlik verməklə yanaşı, Qüdsün fələstinlilərə məxsus olduğunu və İsrail tərəfinədn işğal edildiyini bildirib.

 

Fələstinlilərin intiadəsindən də danışan İmam cümə deyib: Bu intifadə fələstinlilərin silahlı mübarizə apara bilmələri üçün, onların silahlandırılması ilə nəticələnməlidir.

 

 

Höccətülislam Siddiqi həmçinin, Yəmənin durumuna və bu ölkənin sabiq prezidenti Əli Abdulla Salehin öldürülməsinə işarə edərək, deyib: Ümidvaram nə ərəb, nə də müsəlman olmayan Ali-Səud rejimi tezliklə öz cinayətlərinin cəzasını çəkmiş olsun.

 

http://shabestan.ir/detail/News/676224

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده