خبرگزاری شبستان

دوشنبه ۲ بهمن ۱۳۹۶

الاثنين ٦ جمادى الأولى ١٤٣٩

Monday, January 22, 2018

Servis Əsas səhifə Zaman :   Thursday, December 14, 2017 Xəbər kodu : 31872

İslami irşad və mədəniyyət nazirinin "Müdhammətan" Quran festivalına mesajı
Şəbistan xəbər agentliyi: İslami irşad və mədəniyyət naziri Seyyid Abbas Salihi "Müdhammətan" Quran müsabiqələrinin on ikinci dövrəsinin başlanması münasibəti ilə mesaj verdi.

Şəbistan xəbər agentliyinin jurnalistinin verdiyi xəbərə əsasən, İslami irşad və mədəniyyət naziri Seyyid Abbas Salihi "Müdhammətan" Quran müsabiqələrinin  on ikinci dövrəsinin başlanması münasibəti ilə mesaj verdi.

BU mesajın bəzi hissələrini diqqətinizə çatdırırıq:

Bağışlayan və mehriban Allahın adı ilə

Quran bir gülüstana bənzəyir ki, baharı xəzansızdır. Həmçinin bu gülüstanın təravətli meyvələri bütün nəsillər üçün qalacaq.

Möminlər və Qurana məhəbbət bəsləyən şəxslər heç bir qorxu hissi keçirtmədən və yüksək iradə və məhəbbətlə ədəblə Quranın hüzurunda şagirdlik edirlər. Habelə Quran ayələrinin mənəvi ətri ilə öz ruhlarını cila verib və mərifət dolu olurlar.

Hansı kitabı tapmaq olar ki, bəşəriyyəti əbədi olaraq xilas edəcək təlimlərlə dolu və bariz xüsusiyyətlərə sahib olsun.

Yalnız bu sonsuz dənizin aram verici və böyük sahilində oturub düşünməliyik. Habelə onun ibrətlər və hikmətlərini nəzər etməliyik ki, onların hər biri insan üçün dəqiq bir dəlildir.

BU böyük ilahi nemət hörmətə layiqdir. Bəndələrə lazımdır ki, Allah qarşısında bu nemətin şükrün yerinə gətirmək üçün onun göstərişlərinə itaət etsinlər. Bu səmavi kitabın əzəməti barədə bu kifayətdir ki, şəriətin keşikçiləri, dinin böyük şəxsiyyətləri və Quran alimləri bu sonsuz dənizdə dəyərli elmlərə sahib olmaq üçün üzürlər.

Bu festivalın on ikinci dövrəsinin İmam Rzanın (ə) pak hərəminin kənarında mübarək Rəbiül-əvvəl ayında bu il İslam dünyasının mədəniyyət paytaxtı kimi tanınmış Məşhəd şəhərində keçirilməsini xoş təəssüratlarla qarşılayırıq.

İslami irşad və mədəniyyət naziri Seyyid Abbas Salihihttp://shabestan.ir/detail/News/675720

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده