خبرگزاری شبستان

دوشنبه ۲ بهمن ۱۳۹۶

الاثنين ٦ جمادى الأولى ١٤٣٩

Monday, January 22, 2018

Servis Əsas səhifə Zaman :   Wednesday, December 13, 2017 Xəbər kodu : 31867
Həzrət Mehdi mövud mədəni mərkəzinin müdir müavini bildirdi:
Niyə görə İmam Zaman (ə) qeyb oldu?
Şəbistan xəbər agentliyi: Höccətül-islam Kəfil kiçik qeybət dövrünün İmam Zamanın (ə) imamətə çatdığı gün başladığını bildirərək, dedi: İmam Zaman (ə) atasının mübarək bədəninə cənazə namazı qıldıqdan sonra qeyb oldu. Bu qeyb olmanın səbəbini biz bilməliyik.

  Şəbistan xəbər agentliyinin Məhdəviyyət bölməsinin verdiyi xəbərə əsasən Həzrət Mehdi mövud (ə) mədəni mərkəzinin müdir müavini Höccətül-islam vəl-müslimin Məhəmməd Sadiq Kəfil Tehran universitetində İmam Zamanın (ə) imaməti imamət tarixində misli görülməyən hadisələrlə birgə oldu-deyərək, bildirdi: Təbii olaraq hər bir imam imamətə çatanda şiələrdən hüzuri formada beyət alırdı. Amma İmam Zamanın (ə) imaməti kiçik qeybət dövrü ilə birgə oldu.  

 O, İmam Zamanın (ə) bundan öncə də qeybdə olduğunu vurğulayaraq dedi: İmam Zamanın (ə) anasının hamiləlik dövrü İmam Həsən Əskərinin (ə) bibisinə belə məlum deyildi. İmam ilk beş ili qeybdə idi. Hətta şiələr az hallarda İmamı görə bilirdilər. Sanki İmam Zaman (ə) İmam Həsən Əskərinin (ə) evində deyildi. Əgər olsaydı, Həkimə xatun kimi şəxsiyyətlər onu müşahidə edərdi.

 Kəfil kiçik qeybət dövrünün İmam Zamanın (ə) imamətə çatdığı gündən başladığını vurğulayaraq dedi: : İmam Zaman (ə) atasının mübarək bədəninə cənazə namazı qıldıqdan sonra qeyb oldu. Bu qeyb olmanın səbəbini biz bilməliyik.

  İmamın qeyb olmasının üç hikməti var. Birinci dəlili İmam Sadiq (ə) belə açıqlayır: "Ölüm qorxusundan" İmam ölümdən qorxmurdu. Bəlkə Allah imamın sağ qalmasını istəyirdi.

İkiinci dəlil: Sizin ələkdən keçməniz

Üçüncü dəlil: İmam Zaman (ə) Heç bir tağuta beyət etməsin.  http://shabestan.ir/detail/News/674508

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده