خبرگزاری شبستان

سه شنبه ۱ آیان ۱۳۹۷

الثلاثاء ١٣ صفر ١٤٤٠

Tuesday, October 23, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Wednesday, December 13, 2017 Xəbər kodu : 31866
İmam Əmirəl-möminin Əli ibn Əbi Talibin (ə) kəlamı
İnsan başqalarına təlim verməzdən öncə özünü tərbiyə etməlidir
Şəbistan xəbər agentliyi: Həzrət İmam Əmirəl-möminin Əli ibn Əbi Talib (ə) dəyərli kəlamlarının birinin bir bölümündə bu məsələyə təkid edir ki, insan özünə nəsihət verməlidir. Özünü daxildən tərbiyə etsin ki, bu baxış onun əməlində və rəftarında da aşkar olsun.

Şəbistan xəbər agentliyinin Məhdəviyyət və Qədir bölməsinin müxbirinin verdiyi xəbərə əsasən İmam Əli ibn Əbitalibin təlimləri və xalis hikmətləri yalnız İmam Əlinin (ə) yaşadığı dövrdə deyil, bəlkə qiyamət günü bərpa olana qədər xoşbət və gözəl həyata nail olmaq üçün ən gözəl xəritədir.

 Buna görə də bu hikmətlərdən birinə diqqət edin.

Əmirəl-möminin Həzrət İmam Əli (ə) buyurdu:

«مَن نَصَبَ نَفسَهُ للنّاسِ إماما فليَبدأ بتَعليمِ نَفسِهِ قَبلَ تَعليمِ غَيرِهِ ، و ليَكُن تأديبُهُ بسِيرَتِهِ قَبلَ تأديبِهِ بلِسانِهِ ، و مُعَلِّمُ نَفسِهِ و مُؤدِّبُها أحَقُّ بالإجلالِ من مُعَلِّمِ النّاسِ و مُؤدِّبِهِم»

Kim özünü insanlara rəhbər təyin edibsə, başqalarına təlim verməzdən öncə özünü islah etməli və sözlə tərbiyə etməzdən öncə əməl və rəftarla tərbiyə etməlidir. Çünki özünə təlim verən və ədəbləndirən insan təzim və hörmət olunmağa daha layiqdir. Amma yalnız başqalarına təlim və ədəb verib özünün tərbiyə etməyən insan bu ehtirama layiq deyil.

 Hədisin ismarıcı: Əməli ilə sözü bir olanın təsir daha çox olar.  Öyrətməkdən öncə özü öyrənməlidir. Müəllim olan nəfsi istəklərə tabe olmamalıdır. Əgər söz insanın özünə təsir göstərsə, başqalarna da təsir qoyar.  http://shabestan.ir/detail/News/675479

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده