خبرگزاری شبستان

پنج شنبه ۶ اردیبهشت ۱۳۹۷

الخميس ١١ شعبان ١٤٣٩

Thursday, April 26, 2018

Servis Əsas səhifə Zaman :   Wednesday, December 13, 2017 Xəbər kodu : 31863
İntiqamçı İmam Hüseynin (ə) kəlamında;
Zühura müjdə İmam Hüseynin (ə) dilindən
Şəbistan xəbər agentliyi: On iki mehdi bizdəndir. Onların birincisi Əli ibn Əbi Talib və onlarıncısı isə mənim doqquzuncu övladımdır. O, haqla qiyam edən imamdır. Allah-taala ölü torpağı onun vasitəsi ilə dirildəcək. Haqq dini bütün dinlərə qalib edəcək.....

Şəbistan xəbər agentliyinin Məhdəviyyət bölməsinin verdiyi xəbərə əsasən Müqəddəs Cəmkəran məscdinin teleqram kanalında "Şəhidlər ağasının intiqamını alan İmam Hüseyn əleyhis salamın kəlamında" adlı yazıda deyilir:

İmam Hüseyn (əleyhis salam) digər məsum imamlar kimi İmam Mehdinin (əccəllah fərəcəhuş şərif) zühuruna müjdə verərək buyurub: " O, haqla qiyam edən imamdır. Allah-taala ölü torpağı onun vasitəsi ilə dirildəcək." (Kəmaluddin, c 1, s 317, Uyunu əxbarir-Rza (ə), c 1, s 18, Biharul-ənvar, c 51, s 133)

 Məhəmməd ibn Humran deyir: İmam Sadiq (ə) buyurdu: "İmam Hüseynin (ə) şəhadəti baş verəndə mələklər Allah dərgahına nalə edib, cuşa gəldilər və Allaha dedilər: İlahi! Sənin seçdiyin və Peyğəmbərinin (s) övladı Hüseynlə (ə) belə rəftar edirsən? Allah-taala İmam Zamanın (ə) kölgəsini ayaq üstə durmuş halda onların qarşısında canlandıracaq və buyarcaq: Bu Qaimlə Hüseynə zülm edənlərdən intiqam alacam. " (Əmali Şeyx Tusi, c 2, s 233, 8)

Zühura müjdə İmam Hüseynin (əleyhis-salam) dilindən

On iki mehdi bizdəndir. Onların birincisi Əli ibn Əbi Talib və onlarıncısı isə mənim doqquzuncu övladımdır. O, haqla qiyam edən imamdır. Allah-taala ölü torpağı onun vasitəsi ilə dirildəcək. Haqq dini bütün dinlərə qalib edəcək. (Kəmaluddin, c 1, s 317, Uyunu əxbarir-Rza (ə), c 1, s 18, Biharul-ənvar, c 51, s 133)  http://shabestan.ir/detail/News/674503

 

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده