خبرگزاری شبستان

پنج شنبه ۶ اردیبهشت ۱۳۹۷

الخميس ١١ شعبان ١٤٣٩

Thursday, April 26, 2018

Servis Əsas səhifə Zaman :   Wednesday, December 13, 2017 Xəbər kodu : 31861

Ayətullah Behcətin (r) müntəzirlərə tövsiyələri
Şəbistan xəbər agentliyi: Əgər insan həqiqi müntəzir olsa ya da arifcəsinə intizar dərəcəsinə çatsa, əgər zühur da baş verməsə, o şəxsi fərəcinə çatmışdır. İmam Zamanın (ə) xüsusi inayətinə nail olmuşdur.

Şəbistan xəbər agentliyi: Höccətül-islam vəl-müslimin Əlirza Pənahiyan "Alimcəsinə, avamcasına və arifcəsinə intizar" kitabında yazır:

Əgər insan həqiqi müntəzir olsa ya da arifcəsinə intizar dərəcəsinə çatsa, əgər zühur da baş verməsə, o şəxsi fərəcinə çatmışdır. İmam Zamanın (ə) xüsusi inayətinə nail olmuşdur. Buna görə də bizim böyük alimlərimiz fərəci iki yerə bölürlər: Növi və şəxsi fərəci. Bu bölgü Ayətullah Behcətin (r) sözlərində müxtəlif formalarda açıqlanmışdır.

"Önəmli bəlkə də daha önəmli işlərdən biri də budur ki, bilək nə ediri ki, o alimlərdən və salehlərdən olaq ki, şəxsi fərəc və İmam Zamanla (ə) rabitədə ola bilək. Onlar şəxsi işlərində və qeyrilərinin işlərində ümumi ədaləti tələb edirdilər. Məsələn: Dörd naib və onların müasir alimləri məqam və kəramət sahibləri olublar. Bu xüsusiyyətlər bizdə yoxdur. Biz onlar kimi olduğumuzu deyə bilmərik.

 ِDostlar və yaxınlar məclislər təşkil edib müzakirə etməliyik ki, hansı yollarla İmam Zamana (ə) çata bilərik. (İstər xüsusi, istər ümumi, daxili, xarici, cismani və ya ruhi) Yalnız feyz Onun tərəfdən gəlir və bütün imamlara diqqət Ona aid olunur. Buna görə də bir şəxs Həzrət Rəsuli-əkrəmə (s) təvəssül etsə və Həzrət Peyğəmbər (s) onu imamlara sonda isə İmam Zamana (ə) həvalə edəcək."  http://shabestan.ir/detail/News/675457

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده