خبرگزاری شبستان

سه شنبه ۱ آیان ۱۳۹۷

الثلاثاء ١٣ صفر ١٤٤٠

Tuesday, October 23, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Wednesday, December 13, 2017 Xəbər kodu : 31860
İran prezidenti Həsən Ruhani:
Bütün müsəlman ölkələrinin birliyi zəruridir
Şəbistan Xəbər Agentliyi: İran İslam Respublikası prezidenti ABŞ-ın Qüds ilə bağlı yanlış və qeyri-qanuni qərarı ilə bağlı deyib: Amerika sadəcə sionistlərin maraqlarını təmin etməyə çalışır və fələstinlilərin qanuni tələblərinə hörmət etmir

“Hər cür mümkün vasitələrlə ABŞ-ın bu ağılsız hərəkətinin qarşısını almaq üçün birləşməliyik”.

 

Şəbistan Xəbər Agentliyinin məlumatına görə, bunu İran prezidenti Həsən Ruhani İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds məsələsi ilə bağlı İstanbulda keçirilən fövqəladə sammitində çıxışı zamanı deyib.

 

 

Həsən Ruhani bu gün İslam Əməkdaşlıq Təşkilatının fövqəladə İstanbul iclasında, ABŞ-ın Qüdsü sionist rejimin paytaxtı olaraq tanımasının bu iclas vasitəsi ilə tənqid edilməsini özünün ilk təklifi olaraq irəli sürüb və deyib: İkinci təklif İslam Dünyasının sionist rejim qarşısında birliyidir və İslam Dünyasının bütün problemləri müzakirə yolu ilə həll ediləsidir.

 

Ruhani 3-cü təklifində deyib: ABŞ hökuməti bilməlidir ki, İslam Dünyası Fələstin və Qüds məsələsinə laqeyd deyil və Fəəstinlə bağlı beynəlxalq qərarlara və beynəlxalq ictimaiyyətin rəyinə hörmətsizlik, mənfi siyasi nəticələr ilə yanaşı olacaq.

 

İran prezidenti əlavə edib: Dördüncü təklifim budur ki, İslam ölkələri ABŞ-ın son hərəkəti ilə müxalifətin edilməsində vahid mövqedən çıxış etsinlər və ABŞ-ın müttəfiqləri xüsusilə Avropa ölkələri ilə müzakirələrdə bu mövqeni gündəmə gətirsinlər və bütün ölkələrin bu qərara sadiq qalmalı olduğunu vurğulasınlar.

 

Ruhani Fələstin məsələsinin İslam Dünyasının bir nömvərli məsələsi elan edilməsini özünün 5-ci təklifi adlandırıb və deyib: İraq və Suriyada İŞİD-in məğlub edilməsi və digər terrorçu qruplar ilə mübarizənin aparılması sionist rejim və onun dünya təhlükəsizliyi üçün ciddi təhdid sayılan nüvə cəbbəxanaları məsələsinin arxa plana keçməsinə səbəb olmamalıdır.

 

Ruhani bütün İslam ölkələrinin BMT-dəki nümayəndəliklərinin əməkdaşlıq etmələrini və sionist rejimin rəftarlarının ardıcıl şəkildə diqqət mərkəzində saxlanılmasını altıncı və yeddinci təklifləri olaraq təqdim edib və deyib: BMT xüsusilə Təhlükəsizlik Şurası və BMT-nin Baş Assambleyası hazırkı məqamda ABŞ-ın qərarı ilə müxalifətin edilməsində açar rol oynayır.

 

İran prezidenti Tehranın Qüdsü himayə etmək üçün bütün islam ölkələri ilə heç bir ön şərt olmadan əməkdaşlığa hazır olduğunu deyərək, əlavə edib: Yəhudilərin ən böyük düşməni müsəlmanlar və ərəblər yox, təhlükəli sionizm layihəsidir

 

http://shabestan.ir/detail/News/675956

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده