خبرگزاری شبستان

سه شنبه ۱ آیان ۱۳۹۷

الثلاثاء ١٣ صفر ١٤٤٠

Tuesday, October 23, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Wednesday, December 13, 2017 Xəbər kodu : 31856

İstanbulda İƏT-nın Qüdslə bağlı toplantısı keçirilir
Şəbistan Xəbər Agentliyi: İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds məsələsi ilə bağlı İstanbulda fövqəladə toplantısı keçirilir.

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds məsələsi ilə bağlı İstanbulda fövqəladə toplantısı keçirilir.

Şəbistan Xəbər Agentliyinin məlumatına görə,təşkilatın əsas gündəm məsələsi Qüds böhranı olacaq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın istəyi ilə keçirilən iclasda 16 ölkənin lideri, 3 ölkənin baş naziri, 1 ölkənin baş nazirinin müavini iştirak edəcək. İclasda iştirak edən ümumi dövlətlərin sayı 48 olacaq.

 

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Görüşünün açılışda çıxış edək, "Şərqi Qüdsü Fələstinin paytaxtı olaraq tanıyan bizlər, digər ölkələri Fələstin dövlətini 1967-ci sərhədləri əsasında və paytaxtı Şərqi Qüds olacaq şəkildə tanımağa təşviq etməliyik", - deyə bildirib.

 

ABŞ-ın keçən həftə Qüdsə qarşı qəbul etdiyi qərarla insanlığın vicdanını dərindən yaraladığını söyləyən Çavuşoğlu, ABŞ-ın atdığı bu addımın İsrailin Qüdsün işğal təşəbbüsünə dəstək məqsədi daşıdığını bildirib.

 

İƏT-in ümumi iclası Bakı vaxtı ilə saat 08:00-da başlayıb. Artıq təşkilatın iclasında iştirak üçün Azərbaycan, Şimali Kipr, Fələstin və İran prezidentləri, Qətər kralı İstanbula gedib. Bu gün Küveyt kralının da yaxın saatlarda İstanbula gəlməsi gözlənilir.

 

Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Yəmən, ümumilikdə, 9 islam ölkəsi hələlik görüşə qatılmaqla bağlı heç bir açıqlama verməyiblər.

 

ABŞ prezidenti Donald Tramp dekabrın 5-də Qüdsü (Yerusəlim) İsrailin paytaxtı kimi tanıdığını, Tel-Əvivdəki ABŞ səfirliyinin bu şəhərə köçürüləcəyini bəyan edib. Bu səbəbdən İslam Əməkdaşlıq Təşkilatının hazırkı sədri Türkiyənin prezidenti Rəcəb Tayyip Ərdoğan təşkilatın fövqəladə Sammit keçirilməsini təklif edib.

 

http://shabestan.ir/detail/News/675780

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده