خبرگزاری شبستان

پنج شنبه ۲۸ تیر ۱۳۹۷

الخميس ٧ ذو القعدة ١٤٣٩

Thursday, July 19, 2018

Servis xəbərlərinin titri

Höccətül-islam Rəfii açıqlama verdi:

Məhdəviyyət və qeybətin səbəbləri İmam Rzanın (ə) kəlamında

İmam Zaman (ə) zühurdan sonra dünyanın yeganə rəhbəri olacaq. Buna görə də şərait və onun hazır olmasının inqilaba ehtiyacı var. Bu inqilab bütün küfür rəhbərlərini süqutun hazırlamalıdır. Buna görə də İmam Rza (ə) buyurdu: “Bizim Mehdi zühur etdiyi zaman onun boynunda heç bir beyət olmayacaq.”

Servis Əsas səhifə Zaman :   Wednesday, December 13, 2017 Xəbər kodu : 31852

"Avaz, uşaq, atəş" - Şəhid Dəstğeybin həyatı haqda kitab
Şəbistan xəbər agentliyi: "Avaz, uşaq, atəş" kitabı 1981-cı ilin 11-dekabrında şəhid olan Şəhid Ayətullah Seyid Ədbülhüseyn Dəstğeyb haqqında yazılıb.

Şəbistan xəbər agentliyinin Müqəddəs Cəmkəran məscidinə istinadən verdiyi xəbərə əsasən 20-Azər İlahi peyğəmbərlər və övliyaların nəslindən olan bir şəxsiyyətin xatirə günüdür. Elə bir şəxsiyyət ki, bütün şagirdləri, yaxınları və dostlarının dediyinə görə səbr, təqva və mücahidət nümunəsi olmuşdur.

 

Şəhid Ayətullah Seyid Əbdülhüseyn Dəstğeyb  hicri şəmsi təqvimi ilə aşura günü 1292-cildə Şiraz şəhərində ruhani ailəsində dünyaya gəlmişdir. Seyid Şirazın qədim küçələrindən biri bu günki "Xiyabane Əhməd" küçəsində dünyaya gəlmişdir. O, aşura gecəsi dünyaya gəldiyinə görə ona Əbdülhüseyn adı verdilər. O, 1981-cı ilin 11-dekabrında aldadılmış münafiqlər tərəfdən şəhadət şərbətini içdi.

 

Bu təqvalı alimin zalım şah hakimiyyətinin əleyhinə olan fəryadları hələ də eşidilməkdədir. Onun şücaəti və mübairzələri Şirazda dillərə dastan olmuşdur.

 

Əkbər Səhrayi bu böyük şəhidin aşiqlərindən biridir. O, "Avaz, uşaq, Atəş" romanında onun misilsiz şəxsiyyətinin bir hissəsini canlandırmışdır. Səhrayinin romanının baş qəhrəmanı Nadir Atabəkidir. Bu adı müəllif Şəhid Dəstğeybin evində olan "Savak" təşkilatının sənədlərində görmüşdür.

 

Savak təşkilatının İslam inqilabından öncəki sənədlərinə əsasən Atabəki anonim adı ilə bir nəfər məmur olur. O, Şəhid Dəstğeybin evə nüfuz edir və evdə olanları gündəlik və həftəlik Savaka raport verir. Atabəki adı ki, Savakın sənədlərinə əsasən seçilib, müəllifin öz fikiridir. Amma onun bu hekayədəki varlığı Şəhid Dəstğeybin həyatını ilə tamamilə uyğun gəlir. 

  http://shabestan.ir/detail/News/675689

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده