خبرگزاری شبستان

دوشنبه ۲۵ تیر ۱۳۹۷

الاثنين ٤ ذو القعدة ١٤٣٩

Monday, July 16, 2018

Servis xəbərlərinin titri

Televiziyanın birinci kanalında Kəramət on günlüyündə “Səkkizinci gülüstan”

Şəbistan xəbər agentliyi: Kəramət on günlüyündə milli tetelviziyanın birinci kanalında Kəramət on günlüyü haqda xüsusi verliş yayınlanacaq.

Servis Əsas səhifə Zaman :   Tuesday, December 12, 2017 Xəbər kodu : 31847
Ayətullah Səfayi Buşehri
Namazı bərpa etmə mərkəzi dinin sütunu və İslam xeyməsini bərpa etmə mərkəzidir
Şəbistan xəbər agentliyi: Ali Rəhbərin Buşehr Ostanındakı nümayəndəsi və bu şəhərin İmam cüməsi namaz qılmağın bəşərin xilas olmasına səbəb olduğuna işarə edərək dedi: Namazı bərpa etmə mərkəzi dinin sütunu və İslamın xeyməsini bərpa etmə mərkəzidir. Habelə o, dinin ən mühüm ibadi və tərbiyəvi proqramını öhdəsinə götürmüş bir mərkəzdir.

Şəbistan xəbər agentliyinin jurnalistinin Buşehr şəhərindən verdiyi xəbərə əsasən, Ali Rəhbərin Buşehr Ostanındakı nümayəndəsi və bu şəhərin İmam cüməsi Ayətullah Qulaməli Səfayi Buşehri (Azər ayının iyirmisində) iyirmi altıncı namaz festivalının Ostandakı mərkəzini məsul şəxsləri ilə öz ofisindəki görüşündə namazı bərpa etmə mərkəzinin dinin sütunu və İslamın xeyməsini bərpa etmə mərkəzi olduğuna işarə edərək dedi: Namazı bərpa etmə mərkəzi dinin ən mühüm ibadi və tərbiyəvi proqramını öhdəsinə götürmüş bir mərkəzdir. Həmçinin o, bir mərkəzdir ki, camaatın dünya həyatını dinə, Allaha və ərşə birləşdirir. İnsan da bunun nəticəsində dünyapərəstlikdən Allahpərəstliyə tərəf yönəlir.

O, namazın cihaddan daha üstün olduğuna işarə edərək dedi: Namaz insanı kamilləşdirən və xilas edən bir vacibdir. Cəmiyyət üçün cəzbedici, mərifətləndirici və mədəniyyət yaradan proqramlarımız olmalıdır.

O, İmam Sadiqin (ə) "İki rükət gecə namazı qılmaq bütün dünya sərvətlərindən daha yaxşıdır" hədisinə işarə edərək dedi: Dünya namazla dəyər tapır. Əgər namazı insandan alsalar, Allahla bütün əlaqəsi kəsilmiş olar.http://shabestan.ir/detail/News/675297

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده